Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Changes

Jump to navigation Jump to search
Səhifəni '{{Musiqiçi | Adı = Pərvin Muradova-Dilbazi | Orijinal adı = | Fəxri ad = | Şəkil = Pərvin Muradova-Dilbazi.jpg |...' ilə yarat
{{Musiqiçi
| Adı = Pərvin Muradova-Dilbazi
| Orijinal adı =
| Fəxri ad =
| Şəkil = Pərvin Muradova-Dilbazi.jpg
| Şəklin izahı =
| Şəklin ölçüsü = 240
| Fəaliyyəti =
| Doğum adı =
| Ləqəblər =
| Doğum tarixi =
| Doğum yeri = [[Bakı]]
| Vəfatı =
| Vəfat yeri =
| Dəfn yeri =
| Vətəndaşlıq = [[ABŞ]]
| Mənşə =
| Səs tembri =
| Üslub =
| Peşəsi = Florida Texnologiya Universitetinin fortepiano üzrə professoru
| Fəaliyyət illəri =
| Əlaqələri =
| Albom şirkəti =
| Musiqi aləti = [[Fortepiano|fortepiano]]
| Mükafatları =
| İmzası =
| Saytı =
| imdb_id =
| Commons =
}}
'''Pərvin Muradova-Dilbazi'''- ABŞ Musiqiçiləri Gildiyasının üzvü, [[Florida Texnologiya Universiteti]]<nowiki/>nin professoru<ref>[http://www.anl.az/down/meqale/medeniyyet/2017/iyul/550587.htm '''Cövdət Hacıyevin yubiley tədbirlərinə Vyana Konservatoriyası da qoşulub''']</ref>
==Həyatı==
Pərvin Muradova-Dilbazi Bakı şəhərində dünyaya gəlib. O,xalq artisti, milli rəqs ustası, baletmeyster və pedaqoq [[Əminə Dilbazi]] ilə Musiqi Akademiyasının rektoru olmuş, professor, əməkdar incəsənət xadimi, xalq artisti, bəstəkar [[Cövdət Hacıyev]]<nowiki/>in qızıdır. Pərvin Muradova-Dilbazi 1972-ci ildə Bülbül adına orta ixtisas məktəbini bitirib. Eyni zamanda [[Bakı Xoreoqrafiya Məktəbi]]<nowiki/>ndə də təhsil alıb. 1972-1977-ci illərdə indiki [[Bakı Musiqi Akademiyası]]<nowiki/>nda oxuyaraq, professor Rauf Atakişiyevin rəhbərliyi altında fortopiano ifaçısı və müəllimi ixtisasına yiyələnib. Evlidir, 2 övladı var.
==Fəaliyyəti==
1977-1981-ci illərdə indiki [[Sumqayıt Musiqi Kolleci]]<nowiki/>ndə fortopianodan dərs deyib. 1981-1990-cı illərdə [[Bakı Musiqi Akademiyası]]<nowiki/>nda müəllim işləyib.
1990-cı ildə ailəsi ilə birlikdə [[Amerika Birləşmiş Ştatları|Amerika]]<nowiki/>ya köçüblər. Elə o vaxtdan da fərdi musiqi dərsləri keçməyə başlayıb. 1994-1995-ci illərdə Melburndakı icma kolleclərindən birində oxuyaraq ingilis dili biliklərini artırıb. 1995-ci ildə "Muradov Piano Studio" sunu açıb. 1996-1998-ci illərdə orta məktəb şagirdlərinə xarici dil kimi rus dilini tədris edib. Müəllimlərin ali atestasiya müsabiqəsindən yüksək balla keçib. Bu ona ABŞ-ın hər yerində müəllim işləmək hüququ verir. Sonra bir müddət yaratdığı studiyada fərdi piano dərsləri keçib. 2013-cü ildə [[Florida Texnologiya Universiteti]]<nowiki/>nə dəvət olunub və orada fortopiano kafedrasını yaradıb. Hazırda həmin kafedranın professorudur. Bundan başqa o, Floridanın "Azərbaycan-Amerika Mədəniyyəti Cəmiyyəti"nin mədəniyyət işləri üzrə direktorudur. <ref>[http://modern.az/az/news/196484#gsc.tab=0 Cövdət Hacıyevlə Əminə Dilbazinin ABŞ-da yaşayan canlı əsəri - Pərvin Muradova- Dilbazi]</ref>
==Xeyriyyəçilik fəaliyyəti==
İndiyədək [[Amerika Birləşmiş Ştatları|ABŞ]]-ın bir sıra ştatlarında, o cümlədən [[İsveç]], [[İspaniya]], [[Almaniya]], [[İngiltərə]], [[Avstriya|Avstriyada]] xeyriyyə konsertləri verib. Əldə olunan vəsaiti autizmdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldib. 2017-ci ildən isə "Musiqi, Təhsil və Autizm Fondu"nu yaradıb. Bu fondun xətti ilə bir sıra xeyriyyə işlərinə imza da atıb. 2018-ci ildə [[Nyu-York]]<nowiki/>da Azərbaycan bəstəkarlarının musiqi əsərlərindən ibarət beynəlxalq müsabiqə təşkil edib. Bu tədbirdə sağlamlığı məhdud imkanlı uşaqlar da iştirak ediblər. 2017-ci ildə Londonda atası Cövdət Hacıyevin əsərlərindən ibarət ingilis dilində kitab nəşr etdirib və həmin il orada konsert də verib.
Deyir ki, uşaqlarla işləməkdən məmnundur: ''“Onların uğurları məni çox sevindirir. İstəyirəm ki, tədbirlərimizə Azərbaycanda autizmdən əziyyət çəkən istedadlı uşaqları da cəlb edim. Amma nədənsə hələ buna nail olmamışam"…''
Xeyriyyə işlərinə görə adı 1999-2000-ci illər üzrə ABŞ-da dərc olunan məşhur "Kim kimdir?" kitabına da salınıb.
== İstinadlar ==
{{İstinad siyahısı}}

Naviqasiya menyusu