Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Changes

Jump to navigation Jump to search
Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış pedaqoq...' ilə yarat
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]][[Kateqoriya:Şəkidən çıxmış şair və yazıçılar]]
{{Yazıçı
|Adı = Süleyman Əbdürrəhmanbəyzadə
|Tam adı = Əbdürrəhmanbəyzadə Süleyman Səlim bəy oğlu
|Şəkil = Süleyman Əbdürrəhmanbəyzadə.jpg
|Şəklin ölçüsü =
|Şəklin izahı = Süleyman Əbdürrəhmanbəyzadə.
|İlk adı =
|Təxəllüsü =
|Doğum tarixi = (27 iyul) {{Doğum tarixi|1860|8|8}}
|Doğum yeri = Qarabaldır, Nuxa qəzası, Bakı quberniyası, {{Rusİmp}}
|Vəfat tarixi = +1921
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Dəfn yeri =
|Vətəndaşlığı =
|Milliyəti =
|Həyat yoldaşı =
|Uşağı =
|Atası = Səlim bəy Hacı Əbdürrəhman bəy oğlu
|Anası = Fatma xanım Hacı Əbdürrəhim bəy qızı
|Təhsili = Tiflis Aleksandr Müəllimlər İnstitutu (1883–1887)
|İxtisası = müəllim
|Fəaliyyəti = 1887 – 1917
|Fəaliyyət illəri =
|Əsərlərinin dili =
|İstiqamət =
|Janr =
|İlk əsəri =
|Tanınmış əsərləri =
|Mükafatları =
|İmzası =
|Sayt =
|Vikimənbə =
|Commons =
}}
'''Süleyman Əbdürrəhmanbəyzadə''' (1860–+1921) — XIX əsrin sonuncu rübündə və XX əsrin birinci rübündə, müxtəlif illərdə indiki Azərbaycan Respublikasının bir neçə kənd məktəbində, həmçinin Nuxa və Bakı şəhər məktəblərində dərs demiş tanınmış pedaqoq. Ədəbi-publisistik yaradıcılığa da meyl etmiş və dövri-mətbuatda yazıları çap olunmuşdur.

==Haqqında məlumatlar==
8 avqust 1860-cı il tarixdə [[Nuxa qəzası|Nuxa qəzasının]] Qarabaldır kəndində anadan olub.

===Təhsili===
1878 – 1883-cü illərdə Nuxa şəhər üçsinifli məktəbində,

1883 – 1887-ci illərdə Tiflis Aleksandr Müəllimlər İnstitutundan təhsil alıb.

===Əmək fəaliyyəti===
1887-ci ildən Şuşa qəzasının Tuğ kəndinə müəllim,

1888 – 1899-cu illərdə Xaçmaz (indiki Oğuz rayonunda), Bum (indiki Qəbələ rayonunda), Gülablı (indiki Ağdam rayonunda) və Padar (indiki Oğuz rayonunda) kənd məktəblərində müdir işləyib.

1899-cu ildə Nuxa şəhər 1-ci ictimai rus-tatar məktəbinə müəllim keçirilib.

1901-ci ildən Bakı şəhər məktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayıb.

1917-cu ilin sonlarında Bakı 3-cü ali ibtidai məktəbinin müəllimi vəzifəsində çalışarkən, Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə ərizə ilə müraciət edərək xidmətdən çıxmış saymağı və Şəhər Duması qarşısında ona 16 illik şəhər xidmətinə görə təqaüd təyin edilməsi haqqında vəsatət qaldırmağı xahiş edib.

===Ədəbi-publisistik fəaliyyəti===
“Dəbistan” pedaqoji jurnalında “Qüreyş tərlanı” adlı məqaləsi (26 aprel 1907) və “Dil millətin həyatına vasitədir” məqaləsi (10 mart 1908), “Nicat” qəzetində bir hekayəsi (1911-ci il, № 12) və Mirzə Fətəli Axundzadənin yubileyi haqqında məqaləsi (1911-ci il, № 56) çap olunub.

===Maraqlı===
Məşhur müəllim və uşaq yazıçısı Süleyman bəy Axundov özünü fərqləndirməkdən ötrü “Süleyman Sani” (“ikinci Süleyman”) adı götürmüş və özünün məhz Süleyman bəy Əbdürrəhmanbəyzadədən sonra ikinci olduğunu nəzərə çarpdırmışdır.

===İctimai-siyasi aktivliyi===
1906-cı ildə keçirilmiş Azərbaycan müəllimlərinin birinci qurultayında ən çox fəallıq göstərən müəllimlərdən biri olub.

1910-cu ildə Müsəlman Maarif Cəmiyyətinin “Nicat” qəzetinin redaksiya heyətinə üzv seçilib.

===Həyatının son illəri===
1 iyul 1921-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Kollegiya iclasında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Birliyinin 35 il xidmət etmiş, lakin həmin vaxt iflic olmuş və hədsiz ağır maddi duruma düşmüş müəllim Süleyman Əbdürrəhmanbəyova birdəfəlik 1 000 000 manat həcmində yardım verilməsi və ona özəl sosial təminat kəsilməsi haqqında xahişinə baxılmışdır. Kollegiya həmin məbləği ödəməyi qərara alıb və Xalq Komissarları Şurası qarşısında Süleyman Əbdürrəhmanbəyova müəllimlərin orta əməkhaqqı hesabı ilə aylıq sosial yardım göstərilməsi haqqında vəsatət qaldırıb.

== Ədəbiyyat ==
# {{kitab3
| müəllif = Mərdanov M., [[Ədalət Tahirzadə|Tahirzadə Ə.]]
| hissə =ƏBDÜRRƏHMANBƏYZADƏ (HACIƏBDÜRRƏHMANBƏYZADƏ) Süleyman bəy Səlim bəy oğlu
| hissənin linki = https://tahirzade.shaki.info/arxiv/s%C3%BCleyman-b%C9%99y-%C9%99bd%C3%BCrr%C9%99hmanb%C9%99yzad%C9%99%20S%C3%BCleyman%20%C6%8Fbd%C3%BCrr%C9%99hmanb%C9%99yzad%C9%99
| başlıq = 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı)
| orijinal =
| link =
| vikimənbə =
| cavabdeh =
| nəşr =
| yer = Bakı
| nəşriyyat = Təhsil
| il = 2019
| cild = II
| səhifə = 172-178
| sütunlar =
| səhifələr =
| seriya =
| isbn =
| doi =
| tiraj =
| archiveurl = https://web.archive.org/web/20210828155330/https://tahirzade.shaki.info/arxiv/s%C3%BCleyman-b%C9%99y-%C9%99bd%C3%BCrr%C9%99hmanb%C9%99yzad%C9%99
| archivedate = 28 Aug 2021
| ref =
}}

{{Yoxlanılmış məqalə}}

Naviqasiya menyusu