Xoyskilər
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Xoyskilər | |
Titul | Xan |
---|---|
Əcdadı | Cəfərqulu xan Dünbili |
Qohum soylar | Abraxanovlar |
Mənşəyi | Xoy, Şəki, Gəncə |
Təbəəliyi | Rusiya imperiyası |
Xoyskilər soyu - kürd əsilli azərbaycanlılaşmış[1] tanınmış soy.
Soyun yaranması[redaktə | HTML redaktə]
Bu soyun ulu babası Cəfərqulu xan Dünbilidir. Cəfərqulu xan Əhməd xan oğlu Dünbili (?-1814) Fətəli şah Qacara asi olub Rusiyaya üz tutdu. O, imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi. 1810-cu ildə Cəfərqulu xanın vəfatından sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdi. Şəki xanlığı 1819-cu ildə ləğv edilmişdi. Dünbili əşirətindən olmasına baxmayaraq övladları Xoyski soyadını qəbul etdilər. Digər oğlu Əbuturab (Əbra) xanın törəmələri isə Əbraxanov soyadını daşıdılar.
Soyun tanınmış nümayəndələri[redaktə | HTML redaktə]
- Cəfərqulu xan Dünbili
- İsmayıl xan Xoyski
- Kəlbəli xan Xoyski
- İskəndər xan Xoyski
- Hüseynqulu xan Xoyski
- Fətəli xan Xoyski
- Rüstəm xan Xoyski
- Tamara xanım Xoyskaya
- Əmir xan Xoyski
- Teymur xan Xoyski
- Cahangir xan Xoyski, (1849-1920) Xoyiski, Sankt-Peterburq Universitetinin hüquq fakultəsini qurtarıb. Titulyar müşavir. Nuxa məhkəməsində hüquq məsləhətçi, tərcüməçi vəzifəsində işləyib. 1907-1909-cü illərdə Gəncə şəhər Upravasında hüquq borosunda hüquq məsləhətçisi, 1908-1909-cü illərdə Gəncə şəhər Dumasının deputatı seçilmişdir. Cahangir xanın həyat yoldaşı Səltənətbəyim xanım olmuşdur. Onların dörd evladı varı: Əmiraslan xan (1885-1952), Sarabəyim xanım (1888-1942), Sehranbəyim xanım (1892-1964Ə), Temur xan (1895-?. Cahangir xan 1920-ci ildə Gəncədə vəfat edib.
- Ata xan Əbraxanov
- Fatma xanım Ata xan qızı Əbraxanova - Teymur bəy Həsənbəyov həyat yoldaşı.
- Qəmərnisə bəyim Ata xan qızı Əbraxanova şairə
Qaleriya[redaktə | HTML redaktə]
- Ailə arxivindən
Cahangir xan Xoyski, titulyar müşavir, hüquqşünas
Tamara xanım Xoyskaya-Fətəli xanın qızı
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Исмаилов Э.Э. Ханы Хойские. Материалы к родословной и биографиям (rus.) // Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri : jurnal / baş red. Eldar İsmayılov. — Bakı: Adiloğlu, 2003. — В. IV (tiraj: 400; 120 s.). — Səh. 35-59. — ISBN 9952-25-001-3.
- Mirzazade P.Ch. Khoy, Iran : [arx. 16 Apr 2002 - 6 May 2021] : [ing.] // Almanach de Bruxelles. — Müraciət tarixi: 16.09.2021.
- Məmmədov A.S. Bir qəbir kitabəsinin izi ilə, yaxud F.X.Xoyskinin əsli-nəcabətinə dair faktlar : [arx. 13 Mar 2012 - 5 Mar 2016] // “Şəkinin səsi” qəzetinin saytı. — 2009. — 6 may. — Müraciət tarixi: 16.09.2021.
- Тамара Хойская: "Никого не обвиняю в том, что в Баку стоят памятники коммунистам, а не лидерам АДР"
- Şəki xan qəbristanlığında Xoyskilərə aid daha bir başdaşı aşkar olundu.
Xarici keçidlər[redaktə | HTML redaktə]
- Encyclopædia Iranica :DONBOLĪ.Originally Published: December 15, 1995.