Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Mehman Musabəyli" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'thumb|right|200 px '''Musabəyli Mehman Həsən oğlu''' — Azərbaycan dramaturqu, nasir, tərcüməçi. == Həyatı == Mehman Musab...' ilə yarat)
(Fərqli deyil)

03:16, 27 iyul 2020 versiyası

Mehman Musabəyli.jpg

Musabəyli Mehman Həsən oğlu — Azərbaycan dramaturqu, nasir, tərcüməçi.

Həyatı

Mehman Musabəyli 1971-ci ildə Şəki şəhərində anadan olub. 1988-ci ildə Şəki şəhəri 14 №-li orta məktəbi bitirib. 1993-cü ildə Bakı 12 №-li orta texniki peşə məktəbini kinomexanik ixtisası üzrə bitirib.

1998-ci ildə M.A. Əliyev ad. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Televiziya rejissoru fakultəsinə qəbul olunub.

1991-1992 – ci illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə quraşdırıcısı, 1992-1993 –cü illərdə Hüseynağa Atakişiyevin Gənclər Teatrında (indiki Dövlət Gənclər Teatrı) baş maşinist vəzifəsində çalışıb. 1993-cü ildən Tərlan Qorçunun Marionet Teatrında kuklaçı-aktyordur. 2005-ci ildə Polşada, 2008-ci ildə Almaniyada teatr qastrollarında olub.

2003-cü ildə "Kağız" hekayəsi ilə "I Proza N" müsabiqəsinin qalibi və mükafatçısı olub (ikinci yer)

1999 – cu ilin aprelindən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

İlk mətbu əsərləri ("Vineqret-1", "Vineqret-2" və s. məqalələr) 1993-cü ildə "Kefli İsgəndər", "Tək səbir" və "Press-fakt" qəzetlərində dərc olunub.

Mətbuatda gedən yazıları

  • Kiçik hekayələr 1998 – "Ulduz" jurnalı № 3/4
  • "Qızılgül və qoz ağacı". 1998 – "Cahan" jurnalı № 4
  • "Kağız" 1998 – "Ulduz" jurnalı № 11
  • "Uçan fillər" 1999 – "Ulduz" jurnalı № 4
  • "Adsız çiçək" 2004 – "Qobustan" jurnalı № 3
  • "Homo sapiens" 2005 – "Ulduz" jurnalı № 4
  • "Mükəmməl Büdrəyiş" 2005 – "Ulduz" jurnalı № 4
  • "Niftəlinin kəşfləri" 2006 – "Azərbaycan" jurnalı № 7
  • "Otkrıtiya Niftali" 2007 – "Literat. Azerb." jur. № 2

Tərcümələri

Qabriel Qarsia Markes

  • "Bu günlərdən biri" 2003 – "Ulduz" jurnalı № 12
  • "Üç somnambul üçün kədər" 2003 – "Ulduz" jurnalı № 12
  • "Nəhəng qanadlı senyor" 2005 – "Dünya" jurnalı № 1

Eduardo De Filippo

  • "Ruhlar" 2005 – "Azərbaycan" jurnalı № 10

Oldos Haksli

  • Bioqrafiyası və "Esselər" 2006 – "Xəzər" jurnalı № 3

Kitabları

  • Hikmət Aydınoğlu: "Demokratiya labirintləri" (ruscadan) Bakı, Tutu Uşaq Nəşriyyatı, 2001, 144 səh.
  • Hans Xristian Andersen: "Ole-Lukoye və başqa nağıllar". (ruscadan) Bakı. Tutu Uşaq Nəşriyyatı 2005, 28 səh.
  • Haldun Taner: "Günün adamı", (türkcədən). Bakı, Yom yayınları, 2007, 76 səh. Tiraj 500.

Tamaşalarda iştirakı

  • "Şəngül, Şüngül, Məngül" - Pantomim Teatrı 1996 - rej: Bəxtiyar Xanızadə
  • "Divin oğul dərdi" - Şəki Döv. Dram Teatrı 1997 - rej: Mirbala Səlimli
  • "Randevu" - İnc. İns. "Səda" Teat.1997 - rej: Pünhan Həsənli
  • "Div oğlu Div" – İrəvan Teatrı 1998 - rej: Vidadi Əliyev
  • E. de Filippo "Ruhlar" – Şəki Döv. Dram Teatrı 2001 - rej: Mirbala Səlimli
  • "Adsız çiçək" - Dövlət "YUĞ" Teatrı 2005 - rej: Günay Səttarova
  • Jan-Batist Molyer "Xəsis" - Şəki Döv. Dram Teatrı 2008 - rej: Mirbala Səlimli
  • "Xallı keçinin qisası" - Şəki Döv. Dram Teatrı 2007 - rej: Əbülfət Salahov

İstinadlar

Şablon:Şəxs-qaralama