"Rüfət Xəlilov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:R]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]] | + | [[Kateqoriya:R]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]] |
{{Şəxs | {{Şəxs | ||
|Adı = Rüfət Xəlilov | |Adı = Rüfət Xəlilov |
04:43, 1 avqust 2020 versiyası
Rüfət Xəlilov | |
---|---|
Xəlilov Rüfət Qaffar oğlu | |
Rüfət Xəlilov, 2010 | |
Anadan olub | 7 mart 1926 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 27 may 2018 (92 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan Respublikası |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi məktəbi (1952 – 1954, Tbilisi) |
Rüfət Xəlilov (Xəlilov Rüfət Qaffar oğlu; d. 7 mart 1926-cı ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 27 may 2018-ci ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşı, əks-kəşfiyyatçı, polkovnik-leytenant.
Haqqında məlumatlar
7 mart 1926-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
1954-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Tbilisidəki xüsusi məktəbini leytenant rütbəsi ilə bitirib.
Əmək fəaliyyəti
1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmətə qəbul edilib.
1954 – 1959-cu illərdə Nuxada əməliyyat müvəkkili işləyib.
1959 – 1965-ci illərdə Astarada,
1965 – 1974-cü illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Kirovabad şəhər şöbəsində çalışıb.
1974 – 1983-cü illərdə Azərbaycan SSR DTK-nın Qazax rayon bölməsinə rəhbərlik edib.
1983 – 1986-cı illərdə əmək fəaliyyətini Bakıda, DTK-nin mərkəzi aparatında, əks-kəşfiyyat strukturlarında davam etdirib.
1986-cı ildə hərbi xidmətdə son yaş həddinə çatması ilə əlaqədar polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.
Təltif və mükafatları
Dövlət təhlükəsizlik orqanlarında çalışdığı müddətdə dəfələrlə mükafatlandırılıb, bir çox medal və qiymətli hədiyyələrlə təltif edilib. O cümlədən, 2016-cı ildə Azərbaycan təhlükəsizlik orqanlarında səmərəli xidməti və anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanı ilə təltif olunub.
Ədəbiyyat
Murad Nəbibəyov (07.03.2016 10:15). "Mərdlik, cəsarət, Vətənə sədaqət və yüksək intellekt onları fərqləndirən mühüm keyfiyyətlərdəndir". http://old.xalqqazeti.com/ (azərb.). Xalq qəzeti. 29 Jul 2020 tarixində arxivləşdirilib. Şablon:Yaxşı məqalə