Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Rena Çiftçi" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:R{{Alim |Adı = Rena Çiftçi |Piktoqram = fizika |Orijinal adı = {{dil-az|Rəna Şakir qızı Mustafayeva}} |Şə...' ilə yarat)
(Fərqli deyil)

22:49, 8 mart 2020 versiyası

..
Rena Çiftçi
az.: Rəna Şakir qızı Mustafayeva
Rena Çiftçi

Rena Çiftçi (az.: Rəna Şakir qızı Mustafayeva‎) — azərbaycanlı Türkiyə alimi, Egey Universiteti (İzmir, Türkiyə), Dəqiq elmlər fakültəsi, Fizika bölməsi, Nüvə fizikası kafedrasının müdiri, fizika elmləri doktoru, dosent.

Həyat və fəaliyyəti

1975-ci ildə Şəki şəhərində anadan olub. Orta təhsilini 1982-1992-cı illərdə Şəki şəhərindəki 2 saylı məktəbdə, bakalavr təhsilini isə 1993-1997-ci illərdə Ankara Universitetinin Dəqiq elmlər fakültəsində (fizika bölməsi) alıb. Ankara Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında 1997-2000-ci illərdə magistraturanı, 2001-2006-cı illərdə isə doktoranturanı oxuyub. Türkiyənin və dünyanın sayılan nüvə fiziklərindən hesab olunur. Azərbaycan və türk dilləri ilə yanaşı rus və ingilis dillərini də mükəmməl bilir.

Ailəsi

  • Atası: Şakir Abdulkərim oğlu Mustafayev, elektrik montyoru idi.
  • Anası: Zinaida Vladimirovna Mustafayeva.
  • Həyat yoldaşı: Abbas Kenan Çi̇ftçi̇, fizika elmləri doktoru, 2017-ci ildən İzmir İqtisadiyyat Universiteti Dəqiq Elmlər İnstitutunun direktoru və Fizika bölməsinin rəhbəri. Daha əvvəl Ankara Universitetinin professoru olub.

İstifadə edilmiş əsas mənbə


Şablon:Yaxşı məqalə