"Qurban Məsimov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 3: | Sətir 3: | ||
|Adı = Qurban Məsimov | |Adı = Qurban Məsimov | ||
|Orijinal adı = | |Orijinal adı = | ||
− | |Şəkil = | + | |Şəkil = Qurban məsimov3.jpg |
|Şəkil miqyası = | |Şəkil miqyası = | ||
|Şəkil məlumat = | |Şəkil məlumat = |
20:08, 25 yanvar 2021 versiyası
Qurban Məsimov | |
---|---|
İlk adı | Qurban Abdulla oğlu Məsimov |
Doğum tarixi | 26 yanvar 1971 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Peşəsi | aktyor |
IMDb | ID 3108239 |
Məsimov Qurban Abdulla oğlu (26 yanvar 1971) — Azərbaycan aktyoru, rejissoru və rəssamı, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2013-cü ildən). Azərbaycan Respublikasının əməkdar artisti (24.05.2019)[1]
Həyatı
Qurban Məsimov 26 yanvar, 1971-ci ildə anadan olmuşdur. 1988-1993-cü illərdə Ə.Hüseynzadə adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakultəsində, 1995-2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada "Yay Akademiyası" proqramı çərçivəsində "Fildenkrayz Metodu" seminarında iştirak etmişdir.
1994-cü ildən Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli Yığıncağı" Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. 2000-2001-ci illərdə ABA TV-də yayımlanan Nəm-Nəm verilişinin aparıcısı və rejissoru olmuşdur. 2003-cü ildə eynitipli verilişi başqa kanalda Lider Televiziyasında Mətbəxdə Şou-Nəm-Nəm adı altında davam etdirmişdir. Hazırda isə Azərbaycan Televiziyasında Nəm-nəm tipləməsiylə "Gülməşəkər" verilişinin aparıcısıdır. Həmçinin klounada janrında da yaradıcılıq təcrübələri vardır. Səhnə təxəllüsü Kloun Appadır. (2013)Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü,2013-cü ildən Abdulla Şaiq adina Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışır.(2014)UNİMA -Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvü.
30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6] və 10 may 2019-cu ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.27 dekabr 2016-cı il Fəxri Mədəniyyət İşçisi."Humay" milli mükafatı laureatı-2019
Quruluş verdiyi tamaşalar
- Kimdir Müqəssir?(A.Haqverdiyev)
- Muğam Trio-Dizlər(Qurban Məsimov)
- Nərdivan(Qurban Məsimov)
- Cırtdan ve Göyçək Fatmanın yeni il sərgüzəştləri(Qurban Məsimov)
- Çanta- trio və... (Qurban Məsimov)
- Tıq-tıq və Taq-taqın nağılı(Abdulla Şaiqin Tiq-tiq xanım nağılının motivləri əsasında)
- Ağ babanın nağılı (Qurban Məsimov "Qoca və şir" azərbaycan xalq nağılının motivləri əsasında)
- Tilsimli meşə(Qurban Məsimov)
- Melodiya(Qurban Məsimov)
- Zəng(Qurban Məsimov)
- Qırmızı papaq (Şarl Perro)
- Turp (Qurban Məsimov)(eyniadlı rus xalq nağılı əsasında)
- Cırtdan (M.Seyidzadə)
- Tri xrabretsa (M.Seyidzade)rus dilində
- Kəloğlan (Qurban Məsimov)
- Bizim Don Kixot (Rəhman Əlizadə)
Səhnə tərtibatı verdiyi tamaşalar
- Kimdir Müqəssir? Əbdürrəhimbəy Haqverdiyev
- Uçuş. Şeyx Əttar
- Ümid. S. Bekket
- Manqurt. Çingiz Aytmatov
- Şəngül, Şüngül, Məngül. M. Musabəyov
- Şərqə Səyahət. Bəxtiyar Xanızadə
- Dulusçu. Üzeyir Hacıbəyov
- Zibillik pərvanələri. Bəxtiyar Xanızadə
- Eşq. Bəxtiyar Xanızadə
- Balaca Şahzadə. Antuan de Sent-Ekzüperi
- Maska. Z. Zeynalov
- İnsan. Alber Kamyu
- Kölgə. Bəxtiyar Xanızadə
- Korlar. A. Məmmədov
- Foto Bahar. Üzel Arabul
- Kesa və Morito. Ryunosuke Akutaqava
- Qaraca qiz.(S.S.Axundov,A.Şaiq)
- Cırtdan və Göyçək Fatmanın yeni il sərgüzəştləri(Qurban Məsimov)
- Çanta- trio və... (Qurban Məsimov)
Teatrdakı rolları
- Şar və Nasos- Nasos. Bəxtiyar Xanızadə
- Nağaraçılar-Dikbaş
- Kvaksafon-İntelligent qurbağa
- Şərqə Səyahət-Məşuq, Oğru, 1-ci badam. Bəxtiyar Xanızadə
- Kimdir Müqəssir?-Mələk, Bəy. Əbdürrəhimbəy Haqverdiyev
- Şəngül, Şüngül, Məngül-2-ci Aparıcı, Div, Qazı. M. Musabəyov
- Uçuş-3-cü Saliq. Şeyx Əttar
- Zibillik Pərvanələri-Ölüm, Solist skripkaçı. Bəxtiyar Xanızadə
- Dulusçu-2-ci Gürcü. Üzeyir Hacıbəyov
- Eşq-Ulduz. Bəxtiyar Xanızadə
- Balaca Şahzadə-Təyyarəçi. A. Ekzüperi
- Kesa və Morito-Morito. R. Akutaqava
- İnsan-Şef, Müstəntiq, Prokuror. A. Kamyu
- Kölgə-Musiqiçi. Bəxtiyar Xanızadə
- Korlar-1-ci Kor. A. Məmmədov
- Foto Bahar-Fotoqraf. Üzel Arabul
- Kesa və Morito..-Morito.Ryunosuke Akutaqava
- Tıq-tıq və Taq-taq (A.Şaiqin "Tıq-tıq xanım nağılı"-nın motivleri əsasında)-Çoban,Siçan
Filmoqrafiya
- Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV)
- Nigarançılıq (film, 1998) - Şəkili qulluqçu (tammetrajlı film-tamaşa) (TV)
- Yaşıl eynəkli adam-2 (film, 1999) - Xoreoqraf (tammetrajlı bədii film) (TV)
- Nəm-Nəm (2000) - Nəm-Nəm (televiziya verilişi) (ABA TV)
- Nekroloq (film, 2001) - Məcid (tammetrajlı bədii film) (TV)
- Salur Qazanın evi talandığı boy (film, 2001)
- Ovsunçu (film, 2002) - sirk artisti (tammetrajlı bədii film)
- Yaşıl eynəkli adam-3 (film, 2002) - Elman Telmanoviç (tammetrajlı bədii film) (TV)
- Bir anın həqiqəti (film, 2003) - Rauf (çoxseriyalı bədii film)
- Dəvətnamə (film, 2003) - Bəstəkar (tammetrajlı bədii film) (TV)
- Manqurt (film, 2003)
- Mətbəxdə şou-nəm-nəm (film, 2003) - Nəm-Nəm (televiziya verilişi) (Lider TV)
- Kişiləri qoruyun (film, 2006)
- Bəylik dərsi (film, 2007) - Məzhəkəçi (tammetrajlı televiziya tamaşası) (TV)
- Cavid ömrü (film, 2007) - Mikayıl Müşfiq (tammetrajlı bədii film)
- Gülməşəkər (veriliş, 2007) - Nəm-Nəm (televiziya verilişi) (AzTV)
- Arzular – Araz (İran)
- Arzular Aləminə Səyahət – Kloun Appa (elmi-tədris filmi)
- Xəzər gəlini – Abbas (Almaniya-Azərbaycan)
- İtkin Pay – Ruhiddin (İran)[8]
- Qraf Krestovski – Tayr (NTV-Rusiya)
- Təklif – 2-ci Dələduz (film-tamaşa) (TV)
- Səkkizinci səma – Qurban (İran) 2010
- Aramızda qalsın (film, 2011-2013) (bədii serial) (Xəzər TV) - Mehman
- Bədirlenməmiş ay - Mikayıl Müşviq (televiziya filmi 2011) AzTV
- Mirzə Ələkbər Sabir - Abbas Səhət (televiziya filmi 2012) AzTV
- Oğlan evi: Azərbaycansayağı qarət (film, 2015)-Kapitan Rzayev(rejissor İlham Qasımov )bədii film 2016
- Oğlan evi 2 (film, 2016) -Kapitan Rzayev(rejissor İlham Qasımov )bədii film 2016
- Milionluq quş (2017)- Otel sahibi kinokomediya 2017(Türkiyə)
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı" (azərb.). president.az. 2019-05-25. 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.
- ↑ İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ President.Az (01.05.2017). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2017-05-02.
- ↑ President.Az (09.05.2018). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az (10.05.2019). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2019-05-10.
- ↑ "Cinema Stop-Kadr: İtirilmiş pay". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 58.
Xarici keçidlər
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış aktyorlar
- 26 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1971-ci ildə doğulanlar
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)
- Azərbaycan aktyorları
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları
- Şəkidə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar artistləri