"Ənvər Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 54: | Sətir 54: | ||
1971 – 1976-cı illərdə Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi, | 1971 – 1976-cı illərdə Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi, | ||
− | 1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya | + | 1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinin midiri, |
1984 – 1987-ci illərdə 14 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi, | 1984 – 1987-ci illərdə 14 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi, | ||
Sətir 60: | Sətir 60: | ||
1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi, | 1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi, | ||
− | 2000 – 2014-cü illərdə isə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında | + | 2000 – 2014-cü illərdə isə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında travmatoloq–ortoped və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. |
=== Elmi fəaliyyəti === | === Elmi fəaliyyəti === |
22:28, 17 iyul 2021 versiyası
Ənvər Həmidov | |
---|---|
Həmidov Ənvər Mustafa oğlu | |
Ənvər Həmidov. | |
Doğum tarixi | 17 iyul 1937 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 20 mart 2014 (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Mərdəkan qəsəbəsi, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri namizədi |
Təhsili |
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (–1962) Mərkəzi Travmatologiya və Ortopediya İnstitutu, aspirantura (Moskva, 1968–1971) |
Həyat yoldaşı | Zöhrə Məmmədova |
Evladları | Gülsüm Hacıyeva, Zərnurə Həmidova, Mustafa Həmidov |
Tanınır | Ənvər Mete |
Ənvər Həmidov (1937–2014) — tanınmış həkim-travmataloq, tibb elmləri namizədi. 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987–2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul idi; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.
Haqqında məlumatlar
17 iyul 1937-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1954-ci ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini,
1962-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.
1968 –1971-ci illərdə isə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında sümük patologiyası ixtisaı üzrə təhsil alıb.
Əmək fəaliyyəti
1962 – 1968-ci illərdə Nuxa/Şəki Rayonlararası Mərkəzi Xəstəxanasında cərrah,
1971 – 1976-cı illərdə Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi,
1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinin midiri,
1984 – 1987-ci illərdə 14 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi,
1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi,
2000 – 2014-cü illərdə isə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında travmatoloq–ortoped və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1971-ci ildə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük sümük şişləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap olunub.
Digər
1975 – 1980-ci illərdə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olub.
1982 – 1987-ci illərdə Buzovna Qəsəbə Xalq Deputatları Sovetinin,
1985 – 1995-ci illərdə Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin,
1990 – 1995-ci illərdə isə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
Səhiyyə əlaçısı və əmək veteranı idi.
Kitabları
- “Ekologiya və sağlamlıq” (Bakı, 1990);
- “Torpağımız, məhsullarımız və sağlamlığımız” (Bakı, 1990);
- “Loğmanlar yurdu” (Bakı, “İşıq” nəşriyyatı, 1991) – Azərbaycan tibb işçiləri haqqında bioqrafik məlumatlar toplusu;
- “O torpağın övladları” (Bakı, “Nurlan” nəşriyyatı, 2006). Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur;
- “Loğmanlar” (Bakı, “Nurlan” nəşriyyatı, 2008) – “Loğmanlar yurdu” (1991) kitabının əlavələrlə yenilənmiş təkrar nəşri, müəllif bu nəşrdə “Ənvər Mete” imzasından istifadə edib;
- “İblis xislətli erməni” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009);
- “İntellektual ekologiya” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012).
Vəfatı
20 mart 2014-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. Mərdəkan qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Nadir Əhmədov (23-05-2014). "Mənalı həyat yolu". http://medeniyyet.az (azərb.). medeniyyet.az. 15 Jun 2019 - 17 Sep 2019 tarixində arxivləşdirilib.
- "Ənvər Mustafa oğlu Həmidov (Ənvər Mete) vəfat edib" (azərb.). 21 Jul 2020 tarixində arxivləşdirilib.
- Orsər R. Ənvər Mete // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 363 – 365. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.