"Fərrux Həmidzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 61: | Sətir 61: | ||
===Hərbi xidmətdə=== | ===Hərbi xidmətdə=== | ||
− | [[Fayl:Fərrux Həmidzadə (təqdimat).jpg|340px|thumb|Fərrux Həmidzadənin [["Qırmızı Ulduz" ordeni|“Qırmızı Ulduz” ordenini]] ilə təltif edilməsi barədə təqdimat.]] | + | [[Fayl:Fərrux Həmidzadə (təqdimat).jpg|340px|thumb|1944-cü ildə Fərrux Həmidzadənin [["Qırmızı Ulduz" ordeni|“Qırmızı Ulduz” ordenini]] ilə təltif edilməsi barədə təqdimat.]] |
Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. 1945-ci ildə polkovnik rütbəsi ildə ordudan tərxis olunub. | Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. 1945-ci ildə polkovnik rütbəsi ildə ordudan tərxis olunub. | ||
16:12, 19 iyul 2021 versiyası
Fərrux Həmidzadə | |
---|---|
Həmidzadə Fərrux Yunus oğlu | |
Fərrux Həmidzadə. | |
Anadan olub | 11 aprel 1913 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1 may 1974 (61 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Aişə |
Uşaqları | Dinar, Şəfəq, Nigar |
Atası | Yunus |
Anası | Xatın |
Təhsili | • Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakültəsi (1932–1937) |
Mükafatları |
|
Fərrux Həmidzadə (1913–1974) — tanınmış həkim-cərrah, Böyük Vətən müharibəsi iştirakçısı, tibb xidməti polkovniki, Azərbaycan SSR əməkdar həkimi, Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi.
Haqqında məlumatlar
11 aprel 1913-cü il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.
Təhsili
Nuxada yeddillik məktəbi və
Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirib.
1932 – 1937-ci illərdə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
Nuxa Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra 1932-ci ilədək Nuxa rayonunun Baş Zəyzid kəndində aqronom,
1937 – 1941-ci illərdə əvvəl bir müddət Gədəbəy rayon xəstəxanasında, sonra isə Qax rayon xəstəxanasında baş həkim,
1945 – 1948-ci illərdə Nuxa şəhər mərkəzi xəstəxanasında cərrah,
1948 – 1963-cü illərdə Nuxa rayon səhiyyə şöbəsinin müdiri,
1963 – 1968-ci illərdə Nuxa şəhər sanitar xəstəxanasının,
1968 – 1974-cü illərdə Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Hərbi xidmətdə
Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. 1945-ci ildə polkovnik rütbəsi ildə ordudan tərxis olunub.
Təltif və mükafatları
- “Döyüş xidmətlərinə görə” medalı (27.12.1942);
- “Qırmızı Ulduz” ordeni (02.08.1944);
- SSRİ Ali Baş Komandanın təşəkkürü (5 dəfə) Böyük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə;
- “İgidliyə görə” medalı (SSRİ);
- “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı;
- “Səhiyyə əlaçısı” döş nişanı.
İctimai-siyasi fəaliyyəti
1957-ci ildə Nuxa Rayon Sovetinin deputatı seçilib.
Vəfatı
1 may 1974-cü il tarixdə – 61 yaşında, Şəkidə vəfat edib.
Ailəsi
Evladları: Dinar – anestezioloq-reanimatoloq, Şəfəq – göz həkimi, Nigar – Şəki şəhər Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi.
Ədəbiyyat
- Гамидзаде Фаррух Юнус-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
- Mete Ə. Doktor Həmidzadə // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 342 – 343. — 500 nüsx.
- Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
- Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (III hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.
- F
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış hərbçilər
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- 1913-cü ildə doğulanlar
- 11 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 1974-cü ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar həkimləri
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- SSRİ-nin "İgidliyə görə" medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr