"Fuad Əbdürrəhmanov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya: F{{mənbə azlığı}} {{Rəssam |Şəkil = Fuad Əbdürəhmanov2.jpg |Şəkil məlumat = |Şəkil miqyası = |Adı = Fuad Əbdürrəhmanov |Orijinal ad...' ilə yarat) |
|||
Sətir 60: | Sətir 60: | ||
{{İstinad siyahısı}} | {{İstinad siyahısı}} | ||
− | + | ||
− | |||
[[Kateqoriya:Azərbaycan SSR xalq rəssamları]] | [[Kateqoriya:Azərbaycan SSR xalq rəssamları]] | ||
− | |||
− | |||
− | |||
− | |||
[[Kateqoriya:Stalin mükafatı laureatları]] | [[Kateqoriya:Stalin mükafatı laureatları]] | ||
+ | [[Kateqoriya:Şəkidən çıxmış rəssam və heykəltəraşlar]] |
19:18, 26 aprel 2020 versiyası
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada etibarlı mənbələr göstərə bilərsiniz.(sentyabr 2024) |
Fuad Əbdürrəhmanov | |
---|---|
Doğum tarixi | 11 may 1915 |
Doğum yeri |
Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası (hazırki Şəki, Azərbaycan) |
Vəfat tarixi | 15 iyun 1971 (56 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | Heykəltəraşlıq |
Mükafatları |
|
Commonsda da Fuad Əbdürrəhmanov ilə əlaqəli mediafayllar var |
Fuad Həsən oğlu Əbdürrəhmanov (11 may 1915 – 15 iyun 1971) — heykəltaraş, Azərbaycan SSR Xalq Rəssamı (1956), Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi (1943), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949), Stalin mükafatı laureatı (1947, 1951).
Həyatı
Fuad Əbdürrəhmanov 1915-ci il may ayının 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–1932) və İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) təhsil almışdır.1942–1948 illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.
Yaradıcılığı
Fuad Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhimbəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Asəf Zeynallı və b.), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.
O, həm də mahir portret ustası kimi tanınmışdır. Səttar Bəhlulzadə (1947), R. Mustafayev (1947), Həzi Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), Səməd Vurğun (1957), kubalı Xesus (1962) və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
Fuad Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, memar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. 1950–1960-cı illərdə yaratdığı "Çoban" (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), "Azərbaycanlı qadın" (gips, 1951), "Azadlıq" (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), "Azad qadın" (tunc, qranit, 1960, memar M. Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.
Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.
Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M. Hüseynov) yaratmışdır.
Mükafatları
İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Bakıda xatirə muzeyi vardır.
Əsərləri
- Nizami Gəncəvinin Bakıdakı heykəli (1).JPG
Azad qadın heykəli, Bakı, 1960
İstinadlar
- İşləməyən fayl keçidləri olan səhifələr
- F
- Şəki Ensiklopediyası:Mənbəsiz məqalələr
- 1915-ci ildə doğulanlar
- 11 mayda doğulanlar
- Mayda doğulanlar
- 15 iyunda vəfat edənlər
- İyunda vəfat edənlər
- 1971-ci ildə vəfat edənlər
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Stalin mükafatı laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- Azərbaycan SSR xalq rəssamları
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar