"Veysəl Mustafayev (alim-pedaqoq)" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 39: | Sətir 39: | ||
1 aprel 1917-ci il tarixdə [[Nuxa|Nuxada]] təsis edilmiş [[Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti|Hürriyyəti-Maarif Cəmiyyətinin]] təşkilatçılarından biri və idarə heyətinin üzvü olmuşdur. | 1 aprel 1917-ci il tarixdə [[Nuxa|Nuxada]] təsis edilmiş [[Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti|Hürriyyəti-Maarif Cəmiyyətinin]] təşkilatçılarından biri və idarə heyətinin üzvü olmuşdur. | ||
− | 1919 – 1920-ci illərdə | + | 1919 – 1920-ci illərdə Müsavat partiyasının Nuxa özək sədrinin müavini vəzifəsində çalışması səbəbindən ömrünün sonunadək siyasi təqiblərə məruz qalmış, 1942-ci ildə Bakıdakı evi müsadirə edilmiş, həyat yoldaşı ilə birlikdə bir müddət Qazaxıstanda sürgün həyatı yaşamış, geri döndükdə isə Bakıda ona ev və iş verilməmişdir. Nəticədə başqa respublikaların institutlarında işləməyə məcbur olmuşdur. Bir sıra pedaqoji-metodik kitabların müəllifi yaxud redaktorudur. O cümlədən, həm azərbaycan dilində, həm də türkmən dilində “Əlifba” dərsliyinin müəllifidir<ref name=Q2 group=qeyd/>. |
− | 1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad şəhərində baş vermiş zəlzələ zamanı xəsarət alanlara ilk tibbi yardım göstərənlərdən biri | + | 1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad şəhərində baş vermiş zəlzələ zamanı xəsarət alanlara ilk tibbi yardım göstərənlərdən biri olmuş və uşaq bağçasının dağıntıları altında qalmış 11 – 12 uşağı özü dağıntılar arasından çıxarmışdır. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
Sətir 52: | Sətir 52: | ||
1912-ci ildən ibtidai məktəblərdə müəllim işləyib. | 1912-ci ildən ibtidai məktəblərdə müəllim işləyib. | ||
− | 1920 – 1926-cı illərdə Nuxa nümunə zəhmət məktəbinin müdiri, | + | 1920 – 1926-cı illərdə Nuxa nümunə-zəhmət məktəbinin müdiri, |
1926 – 1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin elmi işçisi, | 1926 – 1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin elmi işçisi, | ||
Sətir 60: | Sətir 60: | ||
1937 – 1941-ci illərdə Azərbaycanın rayonlarında həkim işləyib. | 1937 – 1941-ci illərdə Azərbaycanın rayonlarında həkim işləyib. | ||
− | 1948 – 1952-ci illərdə Çardcou Pedaqoji İnstitutunda, Aşqabad Pedaqoji İnstitutunda (Türkmənistan SSR) və Türkmənistan Dövlət Universitetində, | + | 1948 – 1952-ci illərdə Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR), Aşqabad Pedaqoji İnstitutunda (Türkmənistan SSR) və Türkmənistan Dövlət Universitetində, |
1954-cü ilin sentyabrından Saransk Pedaqoji İnstitutunun ({{RSFSR izah}}, Mordoviya {{MSSR izah}}) pedaqogika kafedrasında dosent vəzifəsində çalışıb. | 1954-cü ilin sentyabrından Saransk Pedaqoji İnstitutunun ({{RSFSR izah}}, Mordoviya {{MSSR izah}}) pedaqogika kafedrasında dosent vəzifəsində çalışıb. | ||
Sətir 70: | Sətir 70: | ||
===Siyasi təqiblərə məruz qalması=== | ===Siyasi təqiblərə məruz qalması=== | ||
− | 1920-ci ildə | + | 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Dağıstana qaçıb. Bir müddət sonra geri dönən kimi isə həbs edilib, amma 3-4 aydan sonra həbsdən buraxılıb. |
1937-ci ildə işdən çıxarılıb və 7 ay işsiz qalıb. Lakin sonra yenidən işə qəbul olunub. | 1937-ci ildə işdən çıxarılıb və 7 ay işsiz qalıb. Lakin sonra yenidən işə qəbul olunub. | ||
− | 1942-ci ildə 24 saat ərzində mənzili əlindən alınıb, ev əşyaları küçəyə atılıb, xəstə arvadı ilə birlikdə Şimali Qazaxıstan vilayətinə inzibati qaydada sürgün edilib. Bu zaman hətta onlara 7 | + | 1942-ci ildə 24 saat ərzində mənzili əlindən alınıb, ev əşyaları küçəyə atılıb, xəstə arvadı ilə birlikdə Şimali Qazaxıstan vilayətinə (Qazaxıstan SSR) inzibati qaydada sürgün edilib. Bu zaman hətta onlara biri 7 yaşında, o biri isə 9 yaşında olan uşaqları ilə salamatlaşmağa da imkan verilməyib. |
− | 1946-cı ildə Bakıya geri dönüb. Lakin mənzili geri qaytarılmayıb və ona ixtisası üzrə iş verilməyib. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını Bakıda qoyub başqa respublikalarda iş axtarmağa gedib. | + | 1946-cı ildə Bakıya geri dönüb. Lakin Bakıdakı mənzili geri qaytarılmayıb, başqa mənzil də verilməyib və ona ixtisası üzrə iş də verilməyib. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını Bakıda qoyub başqa respublikalarda iş axtarmağa gedib. |
− | 1948-ci ilin sentyabrında Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR) işləməyə başlayıb. Lakin Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları bunu bilən kimi onu işdən çıxartdırıblar. Veysəl Mustafayev {{Sov.İKP MK}}-ya şikayət edib | + | 1948-ci ilin sentyabrında Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR) işləməyə başlayıb. Lakin Azərbaycan SSR xüsusi xidmət orqanlarının əməkdaşları bunu bilən kimi onu işdən çıxartdırıblar. Veysəl Mustafayev {{Sov.İKP MK}}-ya şikayət edib, nəticədə işinə bərpa olunub. |
===Təltif və mükafatları=== | ===Təltif və mükafatları=== | ||
Sətir 90: | Sətir 90: | ||
|group=qeyd | |group=qeyd | ||
|refs= | |refs= | ||
− | <ref name=Q1>Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü | + | <ref name=Q1>Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü səhifəsində verilib {{Harvnb|Tahirzadə Ə., Manaflı H.|2012}}. Lakin mümkündür ki şəkildəki şəxs Veysəl Nurməmməd oğlu Mustafayev yox, əslində [[Veysəl Mustafayev (rəhbər kadr)|Veysəl Məmmədkərim oğlu Mustafayevdir]].</ref> |
+ | |||
<ref name=Q2>Azərbaycan dilində “Əlifba” dərsliyi 1934-cü ildə “Azərnəşr”də çap olunmuşdur.</ref> | <ref name=Q2>Azərbaycan dilində “Əlifba” dərsliyi 1934-cü ildə “Azərnəşr”də çap olunmuşdur.</ref> | ||
}} | }} |
20:02, 28 may 2023 versiyası
Veysəl Mustafayev | |
---|---|
Mustafayev Veysəl Nurməmməd oğlu | |
Veysəl Nurməmməd oğlu Mustafayevin ehtimal edilən şəkli[qeyd 1]. | |
Doğum tarixi | 1894 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1975 | (81 yaşında)
Təhsili | Azərbaycan Dövlət Universiteti, aspirantura, psixologiya ixtisası |
Evladı | Həmid Mustafayev |
Mükafatları | |
Adının digər versiyaları | Veysəl Mustafazadə, Veysel Mustafayev, Veysal Mustafayev, Veysel Mustafazade, Veysal Mustafazade, Вейсал Мустафаев, Вейсел Мустафаев, Вейсал Мустафазаде, Вейсел Мустафазаде, Вејсәл Мустафазадә |
Veysəl Mustafayev (1894–1975) — tanınmış alım-pedaqoq, pedaqoji elmlər namizədi və dosent.
1 aprel 1917-ci il tarixdə Nuxada təsis edilmiş Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri və idarə heyətinin üzvü olmuşdur.
1919 – 1920-ci illərdə Müsavat partiyasının Nuxa özək sədrinin müavini vəzifəsində çalışması səbəbindən ömrünün sonunadək siyasi təqiblərə məruz qalmış, 1942-ci ildə Bakıdakı evi müsadirə edilmiş, həyat yoldaşı ilə birlikdə bir müddət Qazaxıstanda sürgün həyatı yaşamış, geri döndükdə isə Bakıda ona ev və iş verilməmişdir. Nəticədə başqa respublikaların institutlarında işləməyə məcbur olmuşdur. Bir sıra pedaqoji-metodik kitabların müəllifi yaxud redaktorudur. O cümlədən, həm azərbaycan dilində, həm də türkmən dilində “Əlifba” dərsliyinin müəllifidir[qeyd 2].
1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad şəhərində baş vermiş zəlzələ zamanı xəsarət alanlara ilk tibbi yardım göstərənlərdən biri olmuş və uşaq bağçasının dağıntıları altında qalmış 11 – 12 uşağı özü dağıntılar arasından çıxarmışdır.
Haqqında məlumatlar
1894-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirib.
Əmək fəaliyyəti
1912-ci ildən ibtidai məktəblərdə müəllim işləyib.
1920 – 1926-cı illərdə Nuxa nümunə-zəhmət məktəbinin müdiri,
1926 – 1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin elmi işçisi,
1930 – 1937-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun dosenti və eyni zamanda pedaqogika üzrə elmi tədqiqat institutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
1937 – 1941-ci illərdə Azərbaycanın rayonlarında həkim işləyib.
1948 – 1952-ci illərdə Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR), Aşqabad Pedaqoji İnstitutunda (Türkmənistan SSR) və Türkmənistan Dövlət Universitetində,
1954-cü ilin sentyabrından Saransk Pedaqoji İnstitutunun (RSFSR, Mordoviya MSSR) pedaqogika kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1929-cu ildə Azərbaycan Dövlət Universitetinin privat-dosenti təsdiq edilib.
1948 – 1952-ci illərdə Türkmənistanda işləyərkən namizədlik dissertasiyasını müdafiə edib.
Siyasi təqiblərə məruz qalması
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Dağıstana qaçıb. Bir müddət sonra geri dönən kimi isə həbs edilib, amma 3-4 aydan sonra həbsdən buraxılıb.
1937-ci ildə işdən çıxarılıb və 7 ay işsiz qalıb. Lakin sonra yenidən işə qəbul olunub.
1942-ci ildə 24 saat ərzində mənzili əlindən alınıb, ev əşyaları küçəyə atılıb, xəstə arvadı ilə birlikdə Şimali Qazaxıstan vilayətinə (Qazaxıstan SSR) inzibati qaydada sürgün edilib. Bu zaman hətta onlara biri 7 yaşında, o biri isə 9 yaşında olan uşaqları ilə salamatlaşmağa da imkan verilməyib.
1946-cı ildə Bakıya geri dönüb. Lakin Bakıdakı mənzili geri qaytarılmayıb, başqa mənzil də verilməyib və ona ixtisası üzrə iş də verilməyib. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını Bakıda qoyub başqa respublikalarda iş axtarmağa gedib.
1948-ci ilin sentyabrında Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR) işləməyə başlayıb. Lakin Azərbaycan SSR xüsusi xidmət orqanlarının əməkdaşları bunu bilən kimi onu işdən çıxartdırıblar. Veysəl Mustafayev Sov.İKP MK-ya şikayət edib, nəticədə işinə bərpa olunub.
Təltif və mükafatları
Vəfatı
1975-ci ildə – 81 yaşında, Bakıda vəfat edib.
Qeydlər
- ↑ Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü səhifəsində verilib (Tahirzadə Ə., Manaflı H., 2012). Lakin mümkündür ki şəkildəki şəxs Veysəl Nurməmməd oğlu Mustafayev yox, əslində Veysəl Məmmədkərim oğlu Mustafayevdir.
- ↑ Azərbaycan dilində “Əlifba” dərsliyi 1934-cü ildə “Azərnəşr”də çap olunmuşdur.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Veysəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 425-427. — 1.000 nüsx.
- Mete Ə. Məslək mücahidi : Alimin taleyi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 384-388. — 500 nüsx.
- Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. — Səh.: 124. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Apr 2021 - 23 May 2022.
- Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Apr 2021 - 23 May 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış həkimlər
- 1894-cü ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1975-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə