"Əbdürrəşid Əfəndizadə" səhifəsinin versiyaları arasındakı fərqlər
(Eyni redaktor tərəfindən edilmiş bir dəyişiklik göstərilmir) | |||
Sətir 40: | Sətir 40: | ||
[[Nuxa|Nuxada]] (indiki Şəki) əvvəl mollaxanada, sonra isə rus-türk məktəbində təhsil alıb. | [[Nuxa|Nuxada]] (indiki Şəki) əvvəl mollaxanada, sonra isə rus-türk məktəbində təhsil alıb. | ||
− | Daha sonralar isə Tibb İnstitutunu və Pedaqoji İnstitutu bitirib. | + | Daha sonralar isə Bakıda Tibb İnstitutunu və Pedaqoji İnstitutu bitirib. |
===Həyat və fəaliyyəti=== | ===Həyat və fəaliyyəti=== | ||
− | + | 1 aprel 1917-ci il tarixdə Nuxada təsis edilmiş [[Nuxa Hürriyyəti-Maarif Cəmiyyəti|Hürriyyəti-Maarif Cəmiyyətinin]] təşkilatçılarından biri və idarə heyətinin üzvü olub (qardaşı Məcid bəy və yaxın qohumu Əyyub da bu cəmiyyətin təşkil olunmasında iştirak ediblər). | |
1921-ci ildə Nuxada çap edilən vərəqələrin redaktoru [[Nurəddin Tofiq]] vəfat etdikdən sonra onun gördüyü iş Əbdürrəşid Əfəndizadə tapşırılıb. Əbdürrəşid Əfəndizadə isə bu vərəqələrin əvəzinə “Nuxa fəhləsi” adlı qəzet çap etməyə başlayıb. | 1921-ci ildə Nuxada çap edilən vərəqələrin redaktoru [[Nurəddin Tofiq]] vəfat etdikdən sonra onun gördüyü iş Əbdürrəşid Əfəndizadə tapşırılıb. Əbdürrəşid Əfəndizadə isə bu vərəqələrin əvəzinə “Nuxa fəhləsi” adlı qəzet çap etməyə başlayıb. |
Səhifəsinin 10:37, 28 may 2023 tarixinə olan son halı
Əbdürrəşid Əfəndizadə (?–1951) — “Nuxa fəhləsi” qəzetinin (indiki “Şəki” qəzeti) ilk redaktoru, həkim və pedaqoq.
Haqqında məlumatlar
Təhsili
Nuxada (indiki Şəki) əvvəl mollaxanada, sonra isə rus-türk məktəbində təhsil alıb.
Daha sonralar isə Bakıda Tibb İnstitutunu və Pedaqoji İnstitutu bitirib.
Həyat və fəaliyyəti
1 aprel 1917-ci il tarixdə Nuxada təsis edilmiş Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri və idarə heyətinin üzvü olub (qardaşı Məcid bəy və yaxın qohumu Əyyub da bu cəmiyyətin təşkil olunmasında iştirak ediblər).
1921-ci ildə Nuxada çap edilən vərəqələrin redaktoru Nurəddin Tofiq vəfat etdikdən sonra onun gördüyü iş Əbdürrəşid Əfəndizadə tapşırılıb. Əbdürrəşid Əfəndizadə isə bu vərəqələrin əvəzinə “Nuxa fəhləsi” adlı qəzet çap etməyə başlayıb.
1923-cü ildə həyat yoldaşı Sürəyya ilə birlikdə Bakı şəhərinə köçüb (Sürəyya Rəcəb Əfəndizadənin əmisi Hacı Zəkəriyyə bəyin qızı idi).
Ömrünün sonuna kimi həm həkimlik edib, həm də texnikumda kimyadan dərs deyib.
1951-ci ildə Bakıda vəfat edib.
Ədəbiyyat
- Qəzetəmizin keçub gəldiyi yollar // Şəki fəhləsi : qəzet. — Nuxa, 1931. — В. 25 oktyabr. — № 48 (897). — Səh. 5.
- Əfəndizadə Əbdürrəşid // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II kitab. — Səhifələrin sayı: 605. — Səh.: 309. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1951-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə məhəllə adları, soyadlar və ləqəblər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə