Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Cahangir Rüstəmov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 37: Sətir 37:
 
1939-cu ildə Bakıda yeddiillik məktəbi bitirib.  
 
1939-cu ildə Bakıda yeddiillik məktəbi bitirib.  
  
1939 – 1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb.
+
1939 – 1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.
  
 
===Yaradıcılığı===
 
===Yaradıcılığı===

14:10, 4 mart 2021 versiyası

Cahangir Rüstəmov
Rüstəmov Cahangir Mahmud oğlu
Cahangir Rüstəmov
Cahangir Rüstəmov.
Doğum tarixi 5 mart 1926(1926-03-05)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 fevral 2007 (80 yaşında)
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı"Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı

Cahangir Rüstəmov (1926 – 2007) — Azərbaycan Respublikasının xalq rəssamıAzərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

Haqqında məlumatlar

5 mart 1926-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1939-cu ildə Bakıda yeddiillik məktəbi bitirib.

1939 – 1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

Yaradıcılığı

Yaradıcılığında əsas yeri əmək mövzusuna verib. Xüsusilə, kənd zəhmətkeşlərinin həyatını və məişətini böyük ustalıqla öz əsərlərində əks etdirə bilib. Milli koloriti, emosional ruhu ilə seçilən “Üzümlük”, “Çay becərənlər”, “Tarla zəhmətkeşləri”, “Balaca köməkçi”, “Kolxozçular”, “Dağlarda”, “Şahdağ” və digər tabloları ona şöhrət gətirib.

Əsərləri Rusiyada, Türkiyədə, Livanda, İran İslam Respublikasında, Bolqarıstanda, Macarıstanda, Suriyada, Rumıniyada və bir çox başqa xarici ölkələrdə nümayiş etdirilib və onlardan bəziləri bir sıra muzeylərin, qalereyaların fondlarına daxil edilib.

Təltif və mükafatları

Vəfatı

13 fevral 2007-ci il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.

Aləsi

Həyat yoldaşı: Mövlayeva Solmaz Ələkbər qızı (1928 – 2010) uzun illər Azərbaycan Dövlət Layihələndirmə İnstitutunda aparıcı memar vəzifəsində çalışıb.

Böyük oğlu: Rüstəmov Eldar, texniki elmlər üzrə fəlsəfə dokturudur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti konstruksiyaları kafedrasında dosent və FHN Təsisatdan kənar Dövlət Ekspertiza Baş İdarəsində baş mütəxəssis vəzifəsində çalışır.

Kiçik oğlu: Rüstəmov Elşad Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimidir.

Xatirəsi

1 aprel – 8 aprel 2016-cı il tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində 90 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi təşkil olunub.

Həmçinin, bax:

Aslan Rüstəmov

Ədəbiyyat

  1. "Cahangir Rüstəmovun fərdi yaradıcılıq sərgisi keçirildi..." http://nationalartmuseum.az/ (azərb.). Milli İncəsənət Muzeyi. 12 Feb 2021 tarixində arxivləşdirilib.

Şablon:Yaxşı məqalə