"Arzu Məmmədnəbi-İnceer" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 13: | Sətir 13: | ||
|Dəfn yeri = | |Dəfn yeri = | ||
|Həyat yoldaşı = Osman İnceer | |Həyat yoldaşı = Osman İnceer | ||
− | |Atası = Qurban | + | |Atası = Qurban |
|Anası = Liyozə Məmmədnəbiyeva | |Anası = Liyozə Məmmədnəbiyeva | ||
|Vətəndaşlığı = | |Vətəndaşlığı = |
11:34, 20 dekabr 2021 versiyası
Arzu Məmmədnəbi-İnceer | |
---|---|
Arzu Qurban qızı Məmmədnəbi (Məmmədnəbiyeva) | |
Arzu Məmmədnəbi-İnceer, 2019-cu il. | |
Doğum tarixi | 1 avqust 1974 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Təhsili | Şəki Tibb Məktəbi (1991–1994) |
Atası | Qurban |
Anası | Liyozə Məmmədnəbiyeva |
Həyat yoldaşı | Osman İnceer |
facebook səhifəsi |
Arzu Məmmədnəbi-İnceer — rəssam-fotoqraf və keramist, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən “Lefkoşa Arapahmet Art Stüdyo”nun rəssamı. Xeyriyyəçilik fəaliyyəti ilə də tanınır.
Haqqında məlumatlar
3 oktyabr 1973-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili
1980 – 1990-cı illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində,
1991 – 1994-cü illərdə isə Şəki Tibb Məktəbində təhsil alıb.
Əmək fəaliyyəti
1994-cü ildən sonra əvvəlcə bir müddət Şəkidəki tibb müəssisəsində,
2001 – 2003-cü illərdə isə qadınlar üçün təşkil olunmuş kompüter kursunda işləyib.
2003-cü ildə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən sığorta şirkətində rus dili üzrə tərcüməçi vəzifəsində işləməyə dəvət olunub.
2017-ci ildən Kiprdəki “Lefkoşa Arapahmet Art Stüdyo”da rəssam işləyir.
Yaradıcılığı
Kiprdə müxtəlif vaxtlarda təşkil olunmuş fotoqrafiya, keramika və rəsm sərgilərində 3 dəfə öz əsərlərini nümayiş etdirib.
Yaradıcılığından nümunələr
İdman fəaliyyəti
Kikboksinq qara kəmər sahibidir. 2015-ci ildə idman karyerasını başa vurub.
Ailəsi
Bioloji atası tanınmış teatr rəssamı Söhrab Arabov, bioloji anası isə Məxmər adlı bir qadın olub. Lakin onlar Arzunun 4 aylığında ondan imtina edərək Kirovabad (indiki Gəncə) uşaq evinə təhvil veriblər.
1977-ci ildə Liyozə Məmmədnəbiyeva adlı bir Şəki şəhər sakini Arzunu övladlığa götürüb. Liyozə Məmmədnəbiyeva heç vaxt ailə qurmamışdı. O, Arzunun atasının adını Qurban, təvəllüdünü isə 1 avqust 1974-cü il yazdırıb. Liyozə Məmmədnəbiyeva 1991-ci ildə vəfat edib və Arzu 17 yaşında kimsəsiz qalıb.
2004-cü ildə Arzu Kiprdə Osman İnceerlə ailə qurub.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |