"Heydər Əfəndiyev" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 25: | Sətir 25: | ||
{{"Qafqazın müdafiəsinə görə" medalı}}<br>Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı<br> | {{"Qafqazın müdafiəsinə görə" medalı}}<br>Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı<br> | ||
}} | }} | ||
− | + | '''Heydər Əfəndiyev''' (''Əfəndiyev Heydər Xəlil oğlu''; 1 iyul 1907-ci ildə, [[Nuxa]], [[Nuxa qəzası]], Yelizavetpol quberniyası, Rusiya İmperiyası – {{ö.}} 27 yanvar 1967-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı sovet kimyaçı-alimi, Azərbaycan SSR EA-nın müxbir üzvü, professor, kimya elmləri doktoru. 1949 – 1969-cu illərdə isə Azərbaycan EA-nın Kimya İnstitutunun direktoru olmuşdur. Azərbaycan geokimya elminin yaradıcılarından biri hesab edilir. | |
== Haqında məlumatlar == | == Haqında məlumatlar == | ||
− | |||
1907-ci ildə Nuxada anadan olub. | 1907-ci ildə Nuxada anadan olub. | ||
21:13, 1 iyul 2020 versiyası
Heydər Əfəndiyev | |
---|---|
Əfəndiyev Heydər Xəlil oğlu | |
Heydər Əfəndiyev, 1947-ci il | |
Doğum tarixi | 1 iyul 1907 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 27 yanvar 1967 (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
İş yeri | Qeyri-üzvi və Fiziki Kimya İnstitutu |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət universiteti (? - 1931) |
Mükafatları |
Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fəxri Fərmanı |
Heydər Əfəndiyev (Əfəndiyev Heydər Xəlil oğlu; 1 iyul 1907-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 27 yanvar 1967-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı sovet kimyaçı-alimi, Azərbaycan SSR EA-nın müxbir üzvü, professor, kimya elmləri doktoru. 1949 – 1969-cu illərdə isə Azərbaycan EA-nın Kimya İnstitutunun direktoru olmuşdur. Azərbaycan geokimya elminin yaradıcılarından biri hesab edilir.
Haqında məlumatlar
1907-ci ildə Nuxada anadan olub.
Təhsili
1931-ci ildə Azərbaycan Dövlət Universitetinin təbiət-riyaziyyat fakültəsini bitirib.
İş yerləri
1941 – 1949-cu illərdə əvvəl Azərbaycan SSR EA Azərbaycan Filialın, sonra isə Azərbaycan EA-nın Kimya İnstitutunda laboratoriya müdiri,
1949 – 1969-cu illərdə isə Azərbaycan EA-nın Kimya İnstitutunun direktoru olub.
Elmi fəaliyyəti
1941-ci ildə kimya üzrə kimya elmləri namizədi,
1958-ci ildə kimya elmləri doktoru elmi dərəcəsi,
1959-cu ildə isə professor elmi adını alıb.
1962-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib.
Əsas elmi işləri nadir elementlərin geokimyasına həsr edilib. Azərbaycan SSR-nin mineral və neft-lay sularında müxtəlif tip süxurlarda nadir və radioaktiv elementlərin yayılma qanunauyğunluqlarını öyrənib. Kiçik Qafqazın şimal-şərq hissəsindəki hidrotermal filiz kompleksinin mineralogiyasının və geokimyasının yeni sxemini hazırlayıb və eyni zamanda Böyük Qafqazın cənub yamaclarında tapılmış yeni tipli kolçedan-polimetal yataqlarının (Filizçay, Katex, Katsdağ və s.) geokimyasının öyrənilməsinə rəhbərlik edib. Azərbaycan geokimya elminin yaradıcılarından biri hesab edilir.
216 elmi əsərin və 8 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru və 15 fəlsəfə doktoru yetişdirilib. Azərbaycan dilində kimya və geologiya terminlərinin yaradılmasında və təkmilləşməsində əvəzsiz xidmətləri olub.
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni, 2 dəfə (1945, 1951);
- “Qafqazın müdafiəsinə görə” medalı (1945);
- “1941 – 1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı;
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı (1960).
Ədəbiyyat
- AMEA İnformasiya Texnologiyaları İnstitutu. "Əfəndiyev Heydər Xəlil oğlu". kqkiamea.az (azərb.). kqkiamea.az. 1 Jul 2020 tarixində arxivləşdirilib.
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 1907-ci ildə doğulanlar
- 1 iyulda doğulanlar
- İyulda doğulanlar
- 27 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1967-ci ildə vəfat edənlər
- "Şərəf Nişanı" ordeni laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)