"Zülfüqar Zülfüqarov" səhifəsinin versiyaları arasındakı fərqlər
Teq: Undo |
|||
Sətir 24: | Sətir 24: | ||
|Tanınmış yetirmələri = | |Tanınmış yetirmələri = | ||
|Tanınır = | |Tanınır = | ||
− | |Mükafatları = {{"Qafqazın müdafiəsinə görə" medalı}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı}}{{"Əmək igidliyinə görə" medalı}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı}}{{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı}}{{"Əmək veteranı" medalı}}{{II dərəcəli "Vətən Müharibəsi" ordeni}}{{1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı}}{{"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı}}{{Azərbaycan SSR əməkdar elm xadimi}} | + | |Mükafatları = {{"Qafqazın müdafiəsinə görə" medalı}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı}}{{"Əmək igidliyinə görə" medalı}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı}}{{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı}}{{"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı}}{{"Əmək veteranı" medalı}}{{II dərəcəli "Vətən Müharibəsi" ordeni}}{{1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı}}{{"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı}}<br>{{Azərbaycan SSR əməkdar elm xadimi}} |
|İmzası = | |İmzası = |
07:07, 9 iyul 2020 versiyası
Zülfüqar Zülfüqarov | |
---|---|
Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu | |
Zülfüqar Zülfüqarov | |
Zülfüqar Zülfüqarov | |
Doğum tarixi | 3 dekabr 1913 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 9 iyul 1992 (78 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
İş yeri | Qeyri-Üzvi və Fiziki Kimya İnstitutu |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Bakı Sənaye Universiteti |
Mükafatları |
|
Zülfüqar Zülfüqarov (Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu; d. 3 dekabr 1913-cü ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası − ö. 9 iyul 1992-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – kimyaçı alim, kimya elmləri doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycan SSR-in əməkdar elm xadimi.
Haqında məlumatlar
3 dekabr 1913-cü il tarixdə Nuxada anadan olub.
1916-ci ildə atası vəfat edib və o, iki qardaşı və bir bacısı ilə anasının himayəsində qalıb.
Təhsili
1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsində,
1938-ci ildə istehsalatdan ayrılmamaqla SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Kimya İnstitutunun aspiranturasında,
1955 − 1956-cı illərdə SSRİ EA Neft İnstitutunun doktoranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1936 − 1940-cı illərdə Ə.Qarayev adına Neft emalı zavodunda əvvəl operator köməkçisi, sonra mühəndis, daha sonra böyük mühəndis vəzifələrində işləyib.
1939 − 1941 və 1946 − 1968-ci illərdə əvvəl SSRİ EA Azərbaycan Filialı/Azərbaycan SSR EA Kimya institutunun fiziki kimya laboratoriyasında kiçik elmi, sonra baş elmi işçi, laboratoriyanın müdiri (1950-ci ildən) vəzifələrində çalışıb.
1968 − 1970-ci illərdə Azəbaycan SSR EA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sənaye katalizatorlarının texnologiyası laboratoriyasının müdiri,
1970 − 1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru olub.
1983 − 1992-ci illərdə Azərbaycan SSR EA/Azərbaycan MEA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1941-ci ildə namizədlik,
1957-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
1958-ci ildə kimya elmləri doktoru elmi dərəcəsi,
1959-cu ildə isə professor elmi adı alıb,
1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 7 elmlər doktoru, 47 fəlsəfə doktoru hazırlanıb.
- 1962-ci il Moskvada sənaye prosesləri üçün katalizatorların seçilməsi və hazırlanmasına həsr edilmiş ümumittifaq müşavirəsinin iştirakçısı.
- 1960-cı il Makromolekulyar kimya sahəsində simpozium.
- 1964-cü ildə III kataliz konqresinin iştirakçısı (Amsterdam).
- 1967-ci ildə "Qeyri-üzvi və fiziki-kimya sahəsində tədqiqatlar və onların kimya sənayesində rolu" konfransı.
- 1967-1969-cu illərdə Ümumittifaq IV heterogen Kataliz konqresinin iştirakçısı (Moskva).
- 1973-cü ildə "Oksidləşmə heterogen kataliz"ə həsr edilmiş elmi konfransda təşkilat komitəsinin üzvü.
- "Elmin tarixi" IV Qafkaz konfransı.
- 1975-ci ildə "Mechanisms of hydrocarbon reactions"(Siofok, Hungery, Budapest) simpoziumu.
- 1976-cı ildə II Qafqaz konfransı.
- 1979-cu ildə Neft kimyasının aktual problemlərinə həsr edilmiş İkinci Ümumittifaq seminarı.
- 1980-ci ildə "Yod və bromun kimya və texnologiyası ümumittifaq müşavirəsində (Aşqabad) iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
- 1980-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə dördüncü Qafkaz konfrası.
- 1981-ci ildə BVM iştirakçısı vəsiqəsini (№484560) almışdır.
- 1981-ci ildə "Seolitlərin katalizdə tətbiqi" İkinci Ümumittifaq konfransı.
- 1982-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə Beşinci Qafqaz konfransında təşkilat komissiyasının sədri.(Bakı).
- 1984-cü ildə "Qazların katalitik Üsulla kükürdsüzləşdirilməsi" İkinci Ümumittifaq müşavirəsi.
- 1985-ci ildə "Seolitlərin katalizdə tətbiqi" Üçüncü Ümumittifaq konfransı.(Moskva);
- 1985-ci ildə "Təbii seolitlər" dördüncü Bolqar-Sovet simpoziumu.
Kitabları
- «Влияние условий синтеза крекирующих катализаторов на их физико-химические свойства». Баку. Изд-во АН Азерб. ССР, 1957, 222 с.
- «Исследование физико-химических свойств и отбеливающей способности глин месторождений Азербайджанской ССР и гумбрина». Баку. Изд-во АН Азерб. ССР. 1957. 247 с.
Məqalələri
- Свобода на исследование истины. газ. Бакинский рабочий, 1992.
- Кислотные свойства кристаллического и аморфного алюмосиликата методом термодесорбции аммиака. Вестн. Московск. Ун-та.1989.
- Исследование возможности использования некоторых промышленных отходов нефтехимического производства в качестве катализаторов. АХЖ. 1989.
Böyük Vətən müharibəsində
1941 – 1946-cı illərdə Böyük Vətən müharibəsində iştirak edib. 2 medalla təltif olunub.
Təltif və mükafatları
- «Qafqazın müdafiəsinə görə», 1944;
- «Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə», 1945;
- «Əmək rəşadətinə görə» medalı ilə təltif olunub, 1952;
- «1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi», 1965;
- V.İ.Leninin anadan olmasının 100-illiyi münasibəti ilə «Fədakar əməyə görə» yubiley medalı, 1970;
- “Azərbaycan SSR-in Əməkdar Elm Xadimi” fəxri adı, 1974;
- «1941 − 1945-ci ildə qələbənin 30 illiyi» medalı, 1975;
- «SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri sərgisinin» gümüş medalı, 1976;
- «Əmək veteranı» medalı, 1977;
- “Azərbaycan Dövlət Mükafatı” və «IX beşillik zərbəçisi» tərifnaməsi, 1978
- 2-ci dərəcəli «Vətən müharibəsi» ordeni, 1985;
- «1941 − 1945-ci illərdə qələbənin 40 illiyi» medalı, 1985;
- «SSRİ Silahlı qüvvələrinin 70 illiyi» medalı, 1988.
Vəfatı
9 iyul 1992-ci ildə Bakıda vəfat edib.
Xatirəsi
Şəki şəhərindəki küçələrdən birinə adı verilib.
Ədəbiyyat
- Zülfüqarov // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV cild. — Səhifələrin sayı: 616. — Səh.: 350. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Zülfüqarov Zülfüqar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 562 – 564. — 1.000 nüsx.
- "ZÜLFÜQAROV ZÜLFÜQAR HÜSEYNQULU OĞLU". kqkiamea.az (azərb.). kqkiamea.az. 1 Jul 2020 tarixində arxivləşdirilib.
- "Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu". http://science.gov.az/ (azərb.). science.gov.az/. 18 Sep 2018 – 22 Jul 2019 tarixində arxivləşdirilib.
- Z
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1913-cü ildə doğulanlar
- 3 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 9 iyulda vəfat edənlər
- İyulda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- SSRİ-nin "Əmək igidliyinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- II dərəcəli Vətən Müharibəsi Ordeni laureatları
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- ASE-yə istinad olunan məqalələr
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr