Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Niyazi Bədəlov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 128: Sətir 128:
 
#[[:az:Əlaqə (film, 1989)|Əlaqə]] (tammetrajlı bədii film)(rol: qoca)
 
#[[:az:Əlaqə (film, 1989)|Əlaqə]] (tammetrajlı bədii film)(rol: qoca)
 
{{Hidden end}}
 
{{Hidden end}}
 
== İstinadlar ==
 
{{İstinad siyahısı}}
 
  
 
== Mənbə ==
 
== Mənbə ==

23:14, 9 iyul 2020 versiyası

Niyazi Bədəlov
Bədəlov Niyazi Mustafa oğlu
Niyazi Bədəlov
Doğum tarixi 10 iyul 1909(1909-07-10)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 2 noyabr 1997 (88 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşəsi rejissor
Fəaliyyət illəri 1938 – 1989

Niyazi Bədəlov (Bədəlov Niyazi Mustafa oğlu; 10 iyul 1909-cu ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası –ö. 2 noyabr 1997-ci ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan sənədli filmlər rejissoru.

Haqqında məlumatlar

10 iyul 1909-cu il tarixdə Nuxada anadan olub.

Təhsili

1931 – 1936-cı illərdə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunda(ru) təhsil alıb.

İş yerləri

1927-ci ildə Nuxadakı “Yeni yol” kinoteatrında kinomexanik köməkçisi,

1936-cı ildə də isə Bakıda “Azərbaycanfilm” kinostudiyasında işinə qəbul edilib.

1930-cu illərin sonlarında Azərbaycan Dövlət Teatr Texnikumunun kino aktyorluğu şöbəsində kino texnikası fənnindən dərs deyib.

1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin sərəncamı ilə özfəaliyyət dram dərnəyi bazasında Salyan Dövlət Dram Teatrını yaratmış, bir müddət həmin teatrın bədii rəhbəri vəzifəsində işləmişdir.

Yaradıcılığı

“Azərbaycanfilm” kinostudiyasında “Komsomol nəsli” və “Azərbaycan aşıqları” (1938) sənədli filmlərini çəkib. Daha sonra H.Seyidzadə ilə birgə “Ayna” adlı bədii filmin çəkilişlərinə başlasalar da, işi başa çatdıra bilməyiblər. Ancaq Niyazi Bədəlov çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə “Sovqat” adlı qısametrajlı bədii film hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunmuş, döyüşçülərdə yüksək əhval-ruhiyyə yaratmışdır. Lakin “Sovqat” filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olub. Bundan sonra yalnız sənədli filmlərin çəkilişi ilə məşğul olmuşdur.

1941-ci ilin əvvəllərində “Böyük həyat”, “Tüfəngli adam”, “Oyanmış torpaq” və digər bədii filmləri Azərbaycan dilinə dublyaj edib.

Ümumilikdə 40-a qədər sənədli film, “Sovet Azərbaycanı”, “Ordenli Azərbaycan”, “Gənc nəsil”, “İncəsənət”, “İdman” və s. kinojurnallar üçün süjetlər çəkib.


Filmoqrafiya

Linklər

Rejissor kimi

  1. Azərbaycan aşıqları (film, 1938) (qısametrajlı sənədli film)
  2. Niyazi BədəlovKomsomol nəsli (film, 1938) (qısametrajlı sənədli film)
  3. Sovet gimnastları (film, 1938) (qısametrajlı sənədli film)
  4. Biz Bakını müdafiə edirik (film, 1942) (qısametrajlı sənədli film)
  5. Sovqat (film, 1942) (qısametrajlı bədii film)
  6. General Həzi Aslanov (film, 1945) (qısametrajlı sənədli film)
  7. Bakıda tikinti (film, 1946) (sənədli film)
  8. Dağlıq Qarabağ (film, 1948) (qısametrajlı sənədli film)
  9. Yeni kənd (film, 1948) (qısametrajlı sənədli film)
  10. Məhəmməd Füzuli (film, 1958) (qısametrajlı sənədli film)
  11. İlk müjdələr (film, 1960) (qısametrajlı sənədli film)
  12. Yeddiilliyin adamları və illəri (film, 1960) (qısametrajlı sənədli film)
  13. Bizim mayaklar (film, 1961) (qısametrajlı sənədli film)
  14. 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film)
  15. Sənin tərcümeyi-halın (film, 1963) (qısametrajlı sənədli film)
  16. Dostluq yolu ilə (film, 1964) (qısametrajlı sənədli film)
  17. Dostluq məşəli (film, 1965) (qısametrajlı sənədli film)
  18. Kirov Azərbaycanda (film, 1966) (qısametrajlı sənədli film)
  19. Hanı mənim övladlarım? (film, 1967) (tammetrajlı sənədli film)
  20. Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968) (qısametrajlı sənədli film)
  21. Xalq şairi Səməd Vurğun (film, 1969) (qısametrajlı sənədli film)
  22. Lenin bizimlədir (film, 1970) (qısametrajlı sənədli film)
  23. Dağlarda ada (film, 1971) (qısametrajlı sənədli film)
  24. Dostluq telləri (film, 1971) (qısametrajlı sənədli film)
  25. Əli Bayramlı (film, 1971)(I) (qısametrajlı sənədli film)
  26. Bizim katib (film, 1972) (qısametrajlı sənədli film)
  27. Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973) (qısametrajlı sənədli film)
  28. Onun adı Serafino idi (film, 1974) (qısametrajlı sənədli film)
  29. Şərəfli yol (film, 1974) (qısametrajlı sənədli film)
  30. Şəki heyvandarlıq kompleksi (film, 1975) (qısametrajlı sənədli film)
  31. Üzüm tənəyinin xəstəlikləri (film, 1975) (qısametrajlı sənədli film)
  32. Üç qardaş (film, 1976) (qısametrajlı sənədli film)
  33. Estafet (film, 1982) (qısametrajlı sənədli film)
  34. Əbədi iz (film, 1985) (qısametrajlı sənədli film)
  35. Xəzər üzərində körpü (film, 1988) (qısametrajlı sənədli film)

Azərbaycan dilinə dublyajın rejissoru kimi

  1. Bakılılar (film, 1938) (tammetrajlı bədii film)

Ssenari müəllifi kimi

  1. Komsomol nəsli (qısametrajlı sənədli film)
  2. Sovet gimnastları (qısametrajlı sənədli film)
  3. General Həzi Aslanov (qısametrajlı sənədli film)
  4. Dağlıq Qarabağ (qısametrajlı sənədli film)
  5. Məhəmməd Füzuli (qısametrajlı sənədli film)
  6. İlk müjdələr (qısametrajlı sənədli film)
  7. Yeddiilliyin adamları və illəri (qısametrajlı sənədli film)
  8. Bizim mayaklar (qısametrajlı sənədli film)
  9. Dostluq yolu ilə (qısametrajlı sənədli film)
  10. Kirov Azərbaycanda (qısametrajlı sənədli film)
  11. Hanı mənim övladlarım? (tammetrajlı sənədli film)
  12. Azərbaycan pedaqoji institutu-50 (qısametrajlı sənədli film)
  13. Burada başlanmışdır (qısametrajlı sənədli film)
  14. Estafet (qısametrajlı sənədli film)
  15. Əbədi iz (qısametrajlı sənədli film)

İkinci rejissor kimi

  1. Ordenli Azərbaycan (qısametrajlı sənədli film)

Rejissor assistenti kimi

  1. Xəzər dənizçiləri (tammetrajlı sənədli film)

Bədii rəhbər kimi

  1. Uzunömürlülər (qısametrajlı sənədli film)

Aktyor kimi

  1. Əlaqə (tammetrajlı bədii film)(rol: qoca)

Mənbə

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 95.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.


Savalan Fərəcov (2 sentyabr 2016). "Niyazi Bədəlov". «Mədəniyyət» qəzeti (azərb.). Kayzen. İstifadə tarixi: 2017-11-14.