"Nurməmməd Məmmədov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]] | [[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış pedaqoqlar]] | ||
{{Alim | {{Alim | ||
− | |Piktoqram = | + | |Piktoqram = bridge |
|Adı = Nurməmməd Məmmədov | |Adı = Nurməmməd Məmmədov | ||
|Tam adı = Məmmədov Nurməmməd Yaşar oğlu | |Tam adı = Məmmədov Nurməmməd Yaşar oğlu |
22:28, 3 noyabr 2021 versiyası
Nurməmməd Məmmədov | |
---|---|
Məmmədov Nurməmməd Yaşar oğlu | |
Nurməmməd Məmmədov ANS televiziyasının “İqtisadi forum” verilişində çıxış edərkən (11.12.2011) | |
Doğum tarixi | 7 sentyabr 1951 | (70 yaş)
Doğum yeri | Baş Zəyzid, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Memarlıq və İnşaat Universiteti, |
Elmi dərəcəsi | memarlıq elmləri namizədi |
Elmi adı | professor |
Təhsili | Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, inşaat fakültəsi (1968–1973) |
Nurməmməd Məmmədov — memarlıq elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetin professoru və mühəndis sistemləri və qurğuları kafedrasının müdiri, universitetin elmi şurasının və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Elmi-Texniki Şurasının üzvü.
Haqqında məlumatlar
7 sentyabr 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonu Baş Zəyzid kəndində anadan olub.
Təhsili
1966-cı ildə Baş Zəyzid kənd səkkizillik məktəbini,
1968-ci ildə Orta Zəyzid kənd orta məktəbini bitirib.
1968 – 1973-cü illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti
1985-ci ildə V.V.Kuybişev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış Elmi Şurada “İqlim göstəricilərinə görə qaz tələbatı reyimlərinin proqnoz edilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alıb.
2016-ci ildə professor elmi adını alıb.
80-dən çox elmi əsərin, o cümlədən 5 dərsliyin, 4 dərs vəsaitinin, 14 metodik vəsaitin müəllifidir. Rəhbərliyi altında dörd nəfər namizədlik dissertasiyası müdafiə edib.
Əmək fəaliyyəti
1970-ci illərin əvvəllərində Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun birləşmiş qazanxanasında növbə rəisi işləyib.
1977-ci ildən əvvəlcə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda çalışır; o cümlədən, əvvəlcə qaz təchizatı və mikroiqlimi təmin edən sistemlər kafedrasında assistent, sonra baş müəllim, sonra dosent, daha sonra professor və mühəndis sistemləri və qurğuları kafedrasının müdiri vəzifəsini tutub.
1994 – 2001-ci illərdə mühəndis sistemləri və qurğuları tikintisi fakültəsinin dekanı olub.
Ailəsi
Ailəlidir, iki övladı və dörd nəvəsi var.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Məmmədov Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 396-397. — 1.000 nüsx.
- Miriyev A. Günəş enerjisindən istifadənin yeni layihəsi hazırlanıb // Palitra : qəzet. — Bakı, 2009. — В. 23 dekabr. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 3 noyabr 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |