"Əbdülhəmid Həmidov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 32: | Sətir 32: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Əbdülhəmid Həmidov''' (1906–1979) — sovet dövründə Şəkidə partiya və dövlət məmuru olmuş, həmçinin, jurnalist kimi fəaliyyət göstərmiş tanınmış şəxs; müxtəlif illərdə [[Şəki (qəzet)|“Nuxa fəhləsi”]] qəzetinin redaktoru, Nuxa şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin sədri və s. məsul vəzifələrdə çalışmışdır. | + | '''Əbdülhəmid Həmidov''' (1906–1979) — sovet dövründə [[Şəki|Şəkidə]] partiya və dövlət məmuru olmuş, həmçinin, jurnalist kimi fəaliyyət göstərmiş tanınmış şəxs; müxtəlif illərdə [[Şəki (qəzet)|“Nuxa fəhləsi”]] qəzetinin redaktoru, Nuxa şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin sədri və s. məsul vəzifələrdə çalışmışdır. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
13:18, 25 dekabr 2021 versiyası
Əbdülhəmid Həmidov | |
---|---|
Həmidov Əbdülhəmid Məcid oğlu | |
Əbdülhəmid Həmidov | |
Əbdülhəmid Həmidov. | |
Anadan olub | 15 may 1906 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 26 dekabr 1979 (73 yaşında) |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Təhsili | Nuxa İkiillik Müəllimlər İnstitutu (–1948) |
Mükafatları |
Əbdülhəmid Həmidov (1906–1979) — sovet dövründə Şəkidə partiya və dövlət məmuru olmuş, həmçinin, jurnalist kimi fəaliyyət göstərmiş tanınmış şəxs; müxtəlif illərdə “Nuxa fəhləsi” qəzetinin redaktoru, Nuxa şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin sədri və s. məsul vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
15 may 1906-cı il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.
Təhsili
1948-ci ildə Nuxa İkiillik Müəllimlər İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1919 – 1923-cü illərdə Nuxadakı ipək fabriklərində fəhlə işləyib.
1927 – 1929-cu illərdə qəza komsomol komitəsinin təbliğat-təşviqat və təşkilat şöbələrinin müdiri vəzifəsində çalışıb.
Daha sonralar, Nuxa şəhər partiya komitəsində təlimatçı, Nuxa şəhər radio verilişlərinin müvəkkili, Nuxa şəhər zəhmətkeş deputatları soveti icraiyyə komitəsinin sədri və sədr müavini, Nuxa şəhər partiya komitəsində təşkilat şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb. O cümlədən, müxtəlif illərdə “Gənc işçi” qəzetinin şöbə müdiri, “Nuxa fəhləsi” qəzetinin redaktoru, redaktor müavini və şöbə müdiri olub.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ);
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı;
- Lenin yubiley medalı (1970);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı – mətbuat və poliqrafiya sahəsində uzun illər səmərəli işlədiyinə görə və “Şəki fəhləsi” qəzetinin 50 illiyi ilə əlaqədar olaraq (1971).
İctimai-siyasi fəaliyyəti
1923-cü ildə komsomol sıralarına daxil olub.
1927-ci ildən kommunist partiyasının üzvü olub.
Müxtəlif illərdə Nuxa rayon və şəhər zəhmətkeş deputatları sovetinin deputatı olub.
Vəfatı
26 dekabr 1979-cu il tarixdə – 73 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Ə.M.Həmidov (nekroloq) (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —10 yanvar c. — № 1 – 2 (1362). — Səh. 4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1906-cı ildə doğulanlar
- 15 mayda doğulanlar
- Mayda doğulanlar
- 26 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə