"Süleyman xan Şəkinski" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:S{{Şəxs |Şəkil = |Şəkil məlumat = |Şəkil miqyası = |Adı = Süleyman xan Şəkinski |Tam adı = Süleyman xan Səl...' ilə yarat) |
|||
Sətir 1: | Sətir 1: | ||
− | [[Kateqoriya:S]]{{Şəxs | + | [[Kateqoriya:S]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]] |
+ | {{Şəxs | ||
|Şəkil = | |Şəkil = | ||
|Şəkil məlumat = | |Şəkil məlumat = |
23:17, 26 iyun 2020 versiyası
Süleyman xan Şəkinski | |
---|---|
Süleyman xan Səlim xan oğlu Şəkinski | |
Anadan olub | 1803 |
Şəkinski Süleyman xan Səlim xan oğlu-(1803-?), Qarabağ bəyi, çar zabiti, podpolkovnik, İbrahimxəlil xan Cavanşirin və Çələbi xan Şəkilinin nəvəsi
Həyatı
Süleyman xan Səlim xan oğlu 1803-cü ildə Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası İrana qaçandan sonra Şuşa şəhərində xalası Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin himayəsində böyümüşdü. Çar ordusunda xidmət etmiş podpolkovnik rütbəsinədək yüksəlmişdi. Polşada üsyanın yatırılmasında iştirak etmişdi. Dostu Rəhim bəy Uğurlubəyovla uzun cəbhə həyatı yaşamışdı.
Gənc xandan öz məqsədləri üçün istifadə etməyə çalışan Rusiya imperiyası ona 600 manat təqaüd təyin etmişdi. 1838-ci ildə Varşavada əla xidmətinə görə polk komandirinin müavini təyin olunmuşdu. 1841-ci ildə isə əlahəzrət imperatora öz təşəkkürünü bildirmək üçün Sankt-Peterburqa gedən deputat qrupunun tərkibinə daxil edilmişdi. Burada ona polkovnik rütbəsi verilmiş və qiymətli hədiyyələr təqdim edilmişdi. 1844-cü ildə Süleyman xan ailə məsələləri ilə əlaqədar İrana getmişdi. Bundan şübhələnən Rusiya onu Qarabağda yaşayan qohumlarını İrana köçürmək və qarışıqlıq yaratmaqda günahlandırmışdı. Süleyman xan hərbi xidmətdən qovulmuş və ona rus imperiyasının sərhədlərinə qayıtmaq qadağan edilmişdi. Lakin onun İranda da qalmasından qorxan ruslar Süleyman xanı Təbrizdəki rus konsulluğuna çağıraraq həbs etmiş, əvvəlcə Tiflisə gətirmiş, buradan isə Voronejo sürgün etmişdi. 1846-cı ildə sürgündən geri qayıdan Süleyman xan yenidən vətənə dönmüş, hərbi xidmətə götürülmüş və dağlılara qarşı keçirilən hərbi əməliyyatlarda fərqləndiyi üçün təqaüdü yenidən bərpa edilmişdi
Ailəsi
Süleyman xan Hürcahan bəyim Yusif xan qızı Şəmsəddinli ilə ailə qurmuşdu. Həsən ağa adlı oğlu, Sara bəyim və Tuti bəyim adlı qızları vardı.
Mənbə
- Ənvər Çingizoğlu, Şəkinskilər, "Soy" dərgisi, 8 (28), Bakı, 2009. səh.13-25.