Lütfəli Həsənov
Lütfəli Həsənov | |
---|---|
Həsənov Lütfəli Əkbər oğlu | |
Lütfəli Həsənov | |
Lütfəli Həsənov | |
Doğum tarixi | 10 may 1916 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfatı | 4 avqust 1977 (61 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
İxtisası | həkim |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu (1932 – 1937) |
İlk əsəri | “Qızıl Bakı”, “Gecənin təranəsi” adlı şeirlər (“Ədəbiyyat” qəzeti, 1937) |
Mükafatları | Şablon:""1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı |
Lütfəli Həsənov – həkim və dramaturq, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyindəki müəssisələrdə 100 illik yubileyi qeyd olunub.
Haqqında məlumatlar
10 may 1916-cı il tarixdə Nuxada, sənətkar ailəsində anadan olub.
Təhsili
1931-ci ildə Nuxa şəhərindəki yeddiillik məktəbi bitirib.
1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1937 – 1939-cu illərdə, Ağdaş rayonunda iki il həkim işləyib.
1939 – 1947-ci illərdə sovet ordusunda həkim kimi xidmət edib, o cümlədən, hərbi qospitallarda şöbə müdiri vəzifəsində çalışıb.
1953-cü ildən əmək fəaliyyətini ömrünün sonuna qədər Nuxada/Şəkidə davam etdirmiş, Sanitariya Maarif Evinin müdiri, Şəki Mərkəzi Xəstəxanasının daxılı xəstəliklər şöbəsində həkim – terapevt işləmişdir.
Məhkumluğu
1947-ci ildə antisovet təbliğatda günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Yaradıcılığı
Ədəbi yaradıcılığa şeir və hekayə ilə başlayıb. İlk mətbu şeirləri “Qızıl Bakı” və “Gecənin təranəsi” adlı şeirləri 1937-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub.
“Qardaş torpağı” adlı ilk pyesi isə “Azərbaycan” jurnalında çap olunub. “Günəş” adlı pyesi 1957-ci ildə Kirovabad Dram Teatrında tamaşaya qoyulub. Sonrakı illərdə “Qara eynəkli adam”, “İntiqam”, “Dayaqsız adam”, “Ölümə ölüm”, yaxud “Qardaş torpağında”, “Baş həkim”, yaxud “O qayıdacaqmı?”, “Okeanın o tayında” adlı dram əsərlərini qələmə alıb.
Şeir və dram əsərlərindən başqa, “Ürəklə söhbət” adlı yaddaşın (1971), “Bizim iş təcrübəmiz” adlı metodik materialların (1967) da müəllifidir.
Vəfatı
4 avqust 1976-cı il tarixdə Şəkidə vəfat edib.
Təltif və mükafatları
- “Qırmızı Ulduz” ordeni.
- “Döyüş xidmətlərinə görə” medalı.
- “Leninqradın müdafiəsinə görə” medalı.
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı.
Ədəbiyyat
- MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF). www.azkurs.org (azərb.). www.azkurs.org. 155. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.
- Kamil Adışirinov (21.02.2014). ""Baş həkim" pyesini yazan həkim". shrem.io.ua (azərb.). shrem.io.ua. 26 Mar 2015 tarixində arxivləşdirilib.
- L
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış həkimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1916-cı ildə doğulanlar
- 10 mayda doğulanlar
- Mayda doğulanlar
- 4 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 1977-ci ildə vəfat edənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "Leninqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)