Tural Adışirin
Tural Adışirin | |
---|---|
Adışirin Tural Kamil oğu | |
Tural Adışirin. | |
Doğum tarixi | 26 fevral 1990 |
Doğum yeri | Oxud, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
İş yeri | AMEA Şəki Regional Elmi Mərkəzi (elmi işçi) |
Təhsili |
• Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsi, bakalavriat (2007–2011) • Lənkəran Dövlət Universitetinin filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsi, magistratura (2017–2019) |
Atası | Kamil Adışirinov |
Tural Adışirin — şair, publisist və ədəbiyyatşünas, “Manera.az” ədəbiyyat və mədəniyyət saytının redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin üzvü, AMEA Şəki Regional Elmi Mərkəzinin folklorşünaslıq və el sənətləri şöbəsinin elmi işçisi.
Haqqında məlumatlar
26 fevral 1990-cu il tarixdə Şəki rayonunun Oxud kəndində anadan olub.
Təhsili
1997 – ci ildə Oxud kənd səkkizillik məktəbində,
1997 – 1999-cu illərdə Qoxmuq kənd tam orta məktəbində,
2000 – 2007-ci illərdə Şəki şəhər 9 saylı beynəlmiləl tam orta məktəbdə,
2007 – 2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsinin bakalavriatnda,
2017 – 2019-cu illərdə Lənkəran Dövlət Universitetinin filologiya, azərbaycan dili və ədəbiyyatı fakültəsinin magistraturasında təhsil alıb.
Əmək fəaliyyəti
2011 – 2014-cü illərdə Oğuz rayon Malıx kənd ümumi orta məktəbində,
2014 – 2017-ci illərdə isə Şəki rayon Suçma kənd tam orta məktəbində azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
1 iyun 2019-cu il tarixdən AMEA Şəki Regional Elmi Mərkəzin folklorşünaslıq və el sənətləri şöbəsinin elmi işçisidir.
Elmi fəaliyyəti
5 beynəlxalq, 3 respublika konfransının, 6 elmi məqalənin müəllifidir.
Ədəbi-bədii yaradıcılığı
Şeirləri Azərbaycanın (“Azərbaycan”, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Kaspi”, “Ədalət” qəzetləri və “Ulduz” jurnalı), İranın (“Sancaq” qəzeti (Təbriz)), Türkiyənin (“Antalya Sanat Dergisi” (Antalya)) və Özbəkistanın (“Kitab dünyası” qəzeti) ədəbi dövri-mətbuatında, Qazaxıstanda çap edilmiş “Yeni zaman Azərbaycan şeir antologiyası”nən II cildində, Ramiz Orsərin “Şəkidən gələn səslər” toplusunun I cildində dərc olunub.
Ədəbiyyat
- Orsər R. Tural Adışirin // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 832-836. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |