Nəsib Kaşıyev
Nəsib Kaşıyev – I Qarabağ müharibəsi şəhidi. 7 iyul 1958-ci il tarixdə Nuxada anadan olmuşdur. 1991 − 1992-ci illərdə könüllü olaraq I Qarabağ müharibəsində iştirak etmiş, Ağdam rayonunun Gülablı, Şuşa rayonun Daşaltı kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə vuruşmuşdur. 31 yanvar 1992-ci il tarixdə Rəhim Qazıyevin yenicə yaratdığı və Azərbaycan Respublikası Müdafiə Nazirliyində qeydiyyatdan keçirdiyi 109 nəfərlik könüllülər dəstəsinin tərkibində Şuşanın müdafiəsinə yollanıb. 1992-ci ilin fevral ayının 4-dən 5-nə keçən gecə, həmin 109 nəfərin arasında olan Emin Məmmədov adlı bir xain, Rəhim Qazıyevi kazarmada yatdığı yerdə öldürmək üçün onun çarpayısını gülləboran etmiş, 8 nəfər könüllünü, ö cümlədən, Nəsib Kaşıyevi öldürmüş, 6 nəfəri, o cümlədən, Rəhim Qazıyevi isə yaralamışdır.
Nəsib Kaşıyev | |
---|---|
Kaşıyev Nəsib Nadir oğlu | |
Nəsib Kaşıyev | |
Doğum tarixi | 7 iyul 1958 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 5 fevral 1992 (33 yaşında) |
Vəfat yeri | Şuşa, Şuşa rayonu, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ SSRİ |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1991 − 1992 |
Rütbə | sıravi |
Döyüşlər | Gülablı (Ağdam rayonu), Daşaltı (Şuşa rayonu) və Şuşa şəhərinin müdafiəsi |
Nəsib Kaşıyevin cənazısi Şəkiyə gətirilmiş, Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ədəbiyyat
- Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Ana görüşə tələsir // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı: 424. — Səh.: 187 – 188. — (Ş 4702060206–001/h 062–98).