Şablon:Bilirsinizmi?
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 09:47, 23 fevral 2021 tarixli dəyişiklik
- 20 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının əməkdar rəssamı Qüdrət Məmmədov vəfat edib. O, uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışmışdır. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1952 – 1957) və Xarkov Dövlət Rəssamlıq İnstitutunda (1957 – 1964) təhsil almışdır.
- 14 fevral 2021-ci il tarixdə Fərid Əlibalayev 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini bir-bir skan edərək internetə yerləşdirilməsi işini başa çatdırdığını və həmin ensiklopediyanı internet istifadəçiləri üçün əlçatan etdiyini bəyan edib. O, 26 may 1982-ci il tarixdə Şəkidə, ziyalı ailəsində anadan olub. Səki fizika riyaziyyat humanitar liseyini bitirib və Azərbaycan Neft Akademiyasında bakalavr, Blekinge Texnologiya İnstitutunda (İsveç) isə magistr təhsili alıb.
- 4 fevral 2021-ci il tarixdə Azərbaycan sovet partiya xadimi, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olmuş Sadıq Murtuzayev 93 yaşında vəfat edib.
- 26 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Mustafayevin Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
- 12 yanvar 2021-ci il tarixdə kimya elmləri doktoru, professor, Şəkinin ensiklopedik şəxslərini əhatə edən bioqrafik məlumatlar toplusunun – “Şəki: Alim və ziyalılar” kitabının həmmüəllifi Ələfsər Məmmədov 69 yaşında Bakıda vəfat edib.
- 20 noyabr 2020-ci il tarixdə ictimai-siyasi xadim, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini və Azərbaycanın Rusiya Federasiyasındakı sabiq səlahiyyətli nümayəndəsi Hikmət Hacızadə 66 yaşında Bakıda vəfat edib.
Şablondan istifadə təlimatı[yarat]
Redaktorlar bu şablonla bağlı eksperimentlərini bu şablonun sandbox (yarat | bax) və testcases (yarat) səhifələrində həyata keçirə bilərlər Göstərilməsi lazım olan kateqoriyalar /doc səhifəsinə əlavə edilməlidir (bu şablondakı bütün alt səhifələr). |