Asiman Quliyev
Asiman Quliyev | |||||||
---|---|---|---|---|---|---|---|
Asiman Quliyev, 2019-cu il. | |||||||
|
|||||||
Sələfi | Babalı Ağayev | ||||||
Xələfi | Ataxan Şiriyev | ||||||
Doğum tarixi | 1956 | ||||||
Doğum yeri | Şəki, Azərbaycan SSR | ||||||
Dini | İslam | ||||||
Atası | Aydın Quliyev | ||||||
Həyat yoldaşı | Lalə Amanova | ||||||
Təhsili | Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu | ||||||
İxtisası | İqtisadçı | ||||||
Fəaliyyəti | ADİU-nin dekanı | ||||||
Elm sahəsi | İqtisadiyyat | ||||||
Elmi dərəcəsi | İqtisadi elmlər namizədi, dosent | ||||||
ADİU |
Asiman Aydın oğlu Quliyev (1956, Şəki rayonu, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi.
Haqqında məlumatlar
6 avqust 1956-cı il tarixdə Nuxada (indiki Şəkidə) anadan olub.
Təhsili
1963 – 1973-cü illərdə Bakıda şəhərində orta məktəbdə oxuyub.
1973 – 1978-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda
1983 – 1985-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti
1986 – 1992-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim,
1992-ci ildə Azərbaycan Respublikası Prezident Aparatında aqrar-sənaye şöbəsində məsləhətçi,
1992 – 1993-cü illərdə Lerik rayonu İcra Hakimiyyətinin başçısı,
1994 – 1997-ci illərdə Bakı Biznes Universitetində dosent və dekan vəzifəsində çalışıb.
1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir; o cümlədən,
1997-ci ildən iqtisadi nəzəriyyə kafedrasının dosenti,
2006 – 2014-cü illərdə türk dünyası işlətmə fakültəsinin dekan müavini,
2014 – 2019-cu illərdə ümumi iqtisadiyyat fakültəsinin dekanı,
2019-cu ildən iqtisadiyyat fakültəsinin dekanı vəzifəsini tutub.
Elmi fəaliyyəti
1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycanda, Rusiyada, Çexiyada çap olunub.
Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edib.
İctimai-siyasi fəaliyyəti
1986 – 1989-cu illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Tələbə Həmkarlar Komitəsinin sədri olub.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının mətbuat katibidir.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı — Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə (2020).