Elçin Nəbiyev
Elçin Nəbiyev | |
---|---|
Nəbiyev Elçin Fikrət oğlu | |
Elçin Nəbiyev. | |
Doğum tarixi | 10 dekabr 1967 |
Doğum yeri | Xalatala kəndi, Balakən rayonu, Azərbaycan, SSRİ |
Vəfat tarixi | 30 noyabr 2021 (53 yaşında) |
Vəfat yeri | Qaraheybət Aviasiya Poliqonu, Xızı rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan |
Vəfat səbəbi | aviasiya qəzası |
Vətəndaşlıq | Azərbaycan |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Uşaqları | Hüseyn, Niyazi |
Atası | Fikrət |
Anası | Bahar |
Həyat yoldaşı | Şəlalə |
Hərbi fəaliyyəti | |
Rütbə | polkovnik |
Elçin Nəbiyev (1967–2021) — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşı.
Haqqında məlumatlar
10 dekabr 1967-ci il tarixdə Balakən rayonunun Tala kəndində, ziyalı ailəsində anadan olub.
Hərbçi fəaliyyəti
Sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirmişdir. I Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını, atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Vətən Müharibəsində isə uğurlu əməliyyatların tərtibində müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan şəxslərdən biri olub.
Vəfatı
30 noyabr 2021-ci il tarixdə Xızı rayonundakı Qaraheybət Aviasiya Poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopteri ilə təlim uçuşlarında iştirak edərkən baş vermiş qəza nəticəsində həlak olub.
1 Dekabr 2021-ci il tarixdə Bakıda II Şəhidlər Xiyabanında dəfn olunub.
Ailəsi
Atası Fikrət Şəki rayonunun Baş Göynük kəndində, anası Bahar isə Gəncədə anadan olmuşdur. Hər ikisi Gəncə Pedaqoji İnstitutunu bitirmiş, təyinatla Balakən rayonunun Xalatala kəndinə işləməyə göndərilmiş və ömürlərinin sonunadək həmin kənddə yaşamışdılar.
Elçin Nəbiyevin Hüseyn və Niyazi adlı iki oğlu var, həyat yoldaşı Şəlalə isə tanınmış rəhbər kadr Vahid Qəniyevin qızıdır.
Ədəbiyyat
- (Elçin Nəbiyev haqqında paylaşma) // “Azərbaycan Universitetləri” facebook səhifəsi. — 2021. — 1 dekabr. — Müraciət tarixi: 04.12.2021.
- (Elçin Nəbiyev haqqında paylaşma) // Bahruz Salmanbekovun facebook səhifəsi. — 2021. — 1 dekabr. — Müraciət tarixi: 04.12.2021.
- Şəhid "İşçi Nəbiyev" əslində kim idi? - Gizli qəhrəman : [arx. 03.12.2021] // Modern.az. — 2021. — 1 dekabr. — Müraciət tarixi: 03.12.2021.
Həmçinin, bax:
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış hərbçilər
- 1967-ci ildə doğulanlar
- 10 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 30 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin polkovnikləri
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə