Süleyman Süleymanlı
Süleyman Süleymanlı | |
---|---|
Süleymanlı Süleyman Taleh oğlu | |
Süleyman Süleymanlı. | |
Ölkə | Azərbaycan |
Doğum tarixi | 20 oktyabr 2006 |
Doğum yeri | Şəki, Azərbaycan |
Yaşadığı yer | Şəki |
Titulu | FİDE Ustası (FM) |
FİDE reytinqi | 2400-dən az (aprel 2022) |
Atası | Taleh Süleymanov |
Anası | Gülnarə Süleymanova |
facebook səhifəsi |
Süleyman Süleymanlı — yeniyetmə Azərbaycan şahmatçısı, FİDE Ustası (FM)[1].
Haqqında məlumatlar
20 oktyabr 2016-cı il tarixdə Şəkidə anadan olub.
Təhsili
2012-ci ildən Şəki şəhər 5 №-tam orta məktəbdə təhsil alır.
Şahmatçı fəaliyyəti
5-yaşından anasından şahmat öyrənməyə başlayıb (anası Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində məşqçidir).
6 yaşında Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə yazılıb.
2015-ci ildə məktəblilərin şahmat üzrə Avropa çempionatında qızıl medal (U09 yaş kateqoriyası, oğlanlar arasında)[2] və 9 yaşında FCM (FİDE Ustalığa namizədi) olub.
17 – 27 aprel 2019-cu il tarixləri arasında Antalyada (Türkiyə) keçirilən 7 – 17 yaşadək məktəblilər arasında şahmat üzrə Dünya çempionatı gümüş medal (U13 yaş kateqoriyası, oğlanlar arasında)[3] qazanıb.
10 – 16 aprel 2022-ci il tarixləri arasında Naxçıvanda keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament – beynəlxalq usta normativi) şahmat turnirində 1-ci yeri tutub və 15 yaşında FM (FİDE Ustası) olub.
15 – 24 iyun 2022-ci il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində 2-ci yeri (U16 yaş kateqoriyası, oğlanlar arasında) tutub və Avropa çempionatına vəsiqə qazanıb[4].
İstinadlar
Ədəbiyyat
- Yeniyetmə şahmatçılar arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib : [arx. 27.06.2022] // AZƏRTAC. — 2022. — 24 iyun. — Müraciət tarixi: 27.06.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |