Baxşəli Axundov
Baxşəli Axundov | |
---|---|
Axundov Baxşəli Kazım oğlu | |
Baxşəli Axundov, 1976-cı il | |
Digər adı | Baxşəli əfəndi |
Anadan olub | 1898 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1985 |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ |
Baxşəli Axundov (Axundov Baxşəli Kazım oğlu; d. 1898-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – Şəkidə teatrın, musiqi texnikumunun, uşaq musiqi məktəblərinin, diyarşünaslıq muzeyinin yaradılmasında çox böyük əməyi olmuş ziyalı. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “canlı ensiklopediya” da adlandırılıb.
Haqqında məlumatlar
1895-ci ildə Nuxada anadan olub.
Parisdə (Fransa) tibb təhsili alarkən, ailəsinin xahişi ilə Nuxaya qayıtmış və bundan sonra Parisə geri dönə, təhsilini tamamlaya bilməmişdir. Əvəzində Tehrana (İran) − orada yaşayan qardaşının yanına getmiş, bir müddət İranda müəllimlik etmiş, sonra Nuxaya qayıtmış, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri, musiqi texnikumunun direktoru vəzifələrində işləmişdir.
Dövrü-mətbuatda «B.A» (“Kommunist”, “Yeni fikir” 1924 − 1937; “Şəki fəhləsi”, 1925), «Bəka» (“Kommunist”, “Yeni fikir”, “Yeni yol”, “Nuxa fəhləsi”, 1922 − 1937), «Bəxşəli» (“Şəki fəhləsi”, 1925), «Quqkay» (“Molla Nəsrəddin”, 1923), «Kazımlı» (“Yeni fikir”, “Kommunist”, “Kəndçi qəzeti”), «Maqqay» (“Molla Nəsrəddin”, 1925) imzaları ilə[1] müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çalışmışdır.
SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı:
Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[2]. |
İstinadlar
- ↑ Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 21, 24, 25, 34,. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
- ↑ Təranə Məhərrəmova (20 aprel 2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.
Ədəbiyyat
- Orsər R. Baxşəli Axundov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 182. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.