Coşqun Qarabulud
Coşqun Qarabulud ( türk.: Coşkun Karabulut; d. 5 noyabr 1956-cı ildə) – tanınmış türk şairi; 2017-ci ildə Şəkidə olarkən, bildirmişdir ki, anasının ailəsi vaxtilə Şəkidən Türkiyəyə miqrasiya etmişdir.
Coşqun Qarabulud | |
---|---|
türk.: Coşkun Karabulut | |
Coşqun Qarabulud. | |
Doğum tarixi | 5 noyabr 1956 |
Doğum yeri | Sarıqamış ilçəsi, Qars ili, Türkiyə |
Təhsili | Hacəttəpə Universiteti, sosiologiya bölməsi ( – 1980) |
Haqqında məlumatlar
5 noyabr 1956-cı il tarixdə Türkiyənin Qars ilinin Sarıqamış ilçəsində anadan olub.
Təhsili
1975-ci ildə Sarıqamış liseyini
1980-cı ildə Hacəttəpə Universitetinin sosiologiya bölümünü bitirib.
Əmək fəaliyyəti
1981 – 2002-ci illərdə Mersin, Adana, Fethiye və Kuşadasıda müxtəlif bankların filiallarında əməkdaş, yaxud müdir vəzifəsində işləyib və 2002-ci ildə təqaüdə çıxıb.
2002 – 2005-ci illərdə Fəthiyədə (Muğla) otel işlədib.
2005 – 2014-cü illərdə isə Ölüdəniz bələdiyyəliyində (Fəthiye/Muğla) mədəniyyət evinin (türk.: ) müdiri olub.
Ədəbi yaradıcılığı
İlk şeiri Mərsində çıxan “Senfoni” jurnalında, sonrakı şeir və yazıları isə “Şiir Defteri”, “İlkyaz”, “Tını”, “Aykırı Sanat”, “Edebiyat Güncesi”, “Yaşam Sanat” jurnallarında dərc olunub.
Ədəbiyyat
- "Coşkun Karabulut". http://teis.yesevi.edu.tr/ (Türkçe). Türk Edebiyatı İsimler Sözlüğü. 2 Nov 2020 - 24 Nov 2020 tarixində arxivləşdirilib.
- "Türkiyəli şair Coşkun Karabulut Şəkidə..." https://sheki.arbtv.az/ (azərb.). ARB Şəki. 10 Oktyabr 2017. 10 Jan 2021 tarixində arxivləşdirilib.