Emin Məmmədov
Emin Məmmədov — tanınmış mədəniyyət işçisi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri.
Emin Məmmədov | |
---|---|
Məmmədov Emin Səlhab (Salxab) oğlu | |
Emin Məmmədov | |
Emin Məmmədov. | |
Atası | Səlhab Məmmədov |
İş yeri | “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (İdarə Heyətinin sədri) |
Mükafatları |
|
Haqqında məlumatlar
Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olaraq Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.
18 mart 2021-ci il tarixindən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı – Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə (2012);
- “Tərəqqi” medalı – Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə (2019);
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı – Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə (2020).
Ailəsi
Atası: Səlhab Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektorudur.
Kiçik qardaşı: Elxan Məmmədov AFFA-nın baş katibidir.
Ədəbiyyat
- "Əməkdar incəsənət xadimi Emin Məmmədov Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildi". http://mct.gov.az/ (azərb.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı. 28.12.2020. 28 Dec 2020 - 2 Mar 2021 tarixində arxivləşdirilib.
- "E.S.Məmmədovun "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". https://president.az/ (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 18 mart 2021. 17 Jun 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |