Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov (1938-2003) — tanınmış həvəskar bəstəkar, xor drijoru, aktyor, müğəmni və tarzən. “Hanı bəs vəfan sənin”, “Təki sən səslə məni” və s. bu kimi məşhur mahnıların musiqilərini bəstələmişdir.
Şahid Əbdülkərimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Şahid Əbdülkərimov |
Doğum tarixi | 30 oktyabr 1938 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 17 iyul 2003 (64 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | Şəki, Azərbaycan |
Peşəsi | bəstəkar |
Haqqında məlimatlar
30 oktyabr 1938-ci il tarixdə Nuxa (indiki Şəki) anadan olub.
Təhsili
1948-ci ildən Nuxa şəhər pionerlər evində ustad sənətkar İbad Salmanovdan tar dərsi almağa başlayıb.
1957-ci ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.
1957 – 1960-cı illərdə Bakı Mədəni-Maarif texnikumunun xor dirilorluğu şöbəsində,
1961 – 1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil alıb.
Əmək fəaliyyəti
1960-cı ildən Xırdalan qəsəbə 1 №-li orta məktəbində musiqi müəllimi işləyib.
1976-cı ildə Şəki şəhər Tibb işçiləri mədəniyyət evinin direktoru vəzifəsinə təyin edilib.
Yaradıcı fəaliyyəti
100-dən artıq mahnı bəstələyib. Radio və televiziyada ilk olaraq “Hanı bəs vəfan sənin” mahnısı səsləndirilmişdir. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına da yazılıb. Bir çox mahnıları mahnıları AzTv-nin “Qırmızı Qərənfil” uşaq xorunun ifasında səsləndirilmişdir.
Vəfatı
1988-ci ildən Şəkidə yaşayıb. Ömrünün son illərində Şəkinin Qışlaq hissəsindəki məşciddə din xadimi kimi fəaliyyət göstərib.
17 iyul 2003-cü il tarixdə – 65 yaşında, Şəkidə vəfat edib.
Ədəbiyyat
- Təhmirazqızı S. Şahid Əbdülkərimov // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 144. — Səh.: 134-135. — 500 nüsx.
- Kərimov M. “Təki sən səslə məni”, – Şahid Əbdülkərimov // İpəkçi : qəzet. — Azərbaycan, 2011. — В. 15 mart. — № 2 (2276). — Səh. 3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 4 sentyabr 2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |