Əsgər Kərimov
Əsgər Kərimov − azərbaycanlı heykəltəraş.
Əsgər Kərimov | |
---|---|
Əsgər Kərimov | |
Doğum tarixi | 1941 |
Doğum yeri | Nuxa |
Təhsili |
|
1941-ci ildə Nuxada anadan olub. 1960-cı ildə Nuxa 12 №-li orta məktəbi bitirdikdən sonra, 1960 – 1965-ci illərdə Bakıda – Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1969 – 1975-cu illərdə isə Tbilisi Rəssamlıq Akademiyasına təhsil alıb.
1965-ci ildən Azərbaycan Bədii Fondunun, 1979-cu ildən SSRİ Rəssamlar ittifaqının, 1980-cı ildən isə SSRİ Bədii Fondunun üzvü olub.
1975-ci ildən Azərbaycanın ali təhsil müəssisələrində rəsm, kompozisiya, heykəltəraşlıq fənlərindən dərs deyib.
Yaratdığı bədii sənət nümunələri Azərbaycanın Bakı, Qəbələ, Şuşa, Şəki, Ağdam və Bərdə şəhərlərində, Ukraynanın Yalta şəhərində və digər yerlərdə qoyulub.
2007-ci ildə bağlanmış Müstəqil Azərbaycan Universitetinin professoru və Dizayn kafedrasının müdiri idi. 2019-cu il üçün pedaqoji fəaliyyətini və yaradıcılığını Türkiyədə davam etdirir.
İstifadə edilmiş əsas mənbələr
- .