Şəki Ensiklopediyası:Xəbərlər arxivi/2022
- 27 may 2022-ci il tarixdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə 75 illik yubileyi ilə əlaqədar olaraq və Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
- 25 may 2022-ci il tarixdə Nizami Kino Mərkəzində (Bakı) görkəmli heykəltəraş-monumentalist Fuad Əbdürrəhmanov (1915–1971) haqqında “Monumental həyat” sənədli filminin təqdimatı olub.
- 20 – 24 may 2022-ci il tarixləri arasında Lyublyanada (Sloveniya) keçirilmiş Avropa Fizika Olimpiadasında Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev bürünc medal qazanıb.
- 24 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idman şöbəsi müdirinin müavini İsgəndər Hikmət oğlu Şəkinski uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Məmmədəmin Şəkinskinin nəvəsi, Əkrəm Şəkinskinin isə qardaşı oğlu idi.
- 11 may 2022-ci il tarixdə texnika elmləri namizədi Səməd Nəbiyev “Azəripək” MMC-nin istehsalat üzrə direktor müavini və direktor əvəzi vəzifəsinə təyin olunub.
- 1 may 2022-ci il tarixdən Elxan Məmmədov FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsində işləməyə başlayıb. O, 2007 – 2022-ci illərdə AFFA-nın baş katibi olub.
- 16 aprel 2022-ci il tarixdə Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyində (Bişkek) tanınmış heykəltəraş Teymur Rüstəmovun fərdi yaradıcılıq sərgisi açılıb.
- 10 – 16 aprel 2022-ci il tarixləri arasında Naxçıvanda keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament – beynəlxalq usta normativi) şahmat turnirində Şəki Şahmat Məktəbinin yetirməsi, FİDE Ustalığa namizədi Süleyman Süleymanlı 9 oyundan 7 xal toplayaraq turnirin qalibi olub. Bununla yanaşı Süleymanlı Süleymanlı FM (FİDE Ustası) adını da əldə edib.
- 12 aprel 2022-ci il tarixdə tanınmış kimyaçı alim, Ayova Universitetinin (ABŞ) əməkdaşı Həkim Muradov – 63 yaşında, ABŞ-ın Şimali Karolina ştatının paytaxtı Roli (ing.: Raleigh) şəhərində vəfat edib.
- 8 aprel 2022-ci il tarixdə “Lipetsksement” Səhmdar Cəmiyyətinin (Rusiya Federasiyası) baş direktoru Elvin Məmmədov Şəki rayonunun Baş Küngüt kənd qəbiristanlığında dəfn edilib. O, 3 aprel 2022-ci il tarixdə Moskvada Lipetskiyə qayıtmaq üçün dəmir yol vağzalında qatar gözləyərkən qəflətən ürək tutmasından 36 yaşında vəfat etmişdir.
- 30 mart 2022-ci il tarixdə filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.
- 7 mart 2022-ci il tarixdə Şəki şəhər bələdiyyəsinin üzvü, sabiq sədr müavini və sabiq sədri Gülnaz Salamova Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi” medalı ilə təltif edilib.
- 4 mart 2022-ci il tarixdə tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi Albert Mustafayev 91 yaşında Bakıda vəfat edib. Elə həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.
- 27 yanvar 2022-ci il tarixdə Tərlan Nəsibov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təsdiqlənib.
- 24 yanvar 2022-ci il tarixdə Ləman Cəlilova dünyanın ən presektivli texniki təhsil müəssisələrindən birinə — Massaçusets Texnologiya İnstitutuna (Kembric şəhəri, Massaçusets ştatı, ABŞ), tam təqaüdlə qəbul olunması ilə bağlı e-bildiriş alıb.
- 3 – 9 yanvar 2022-ci il tarixləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Suraxanı Şahmat Məktəbində keçirilmiş “Happy New Year” şahmat turnirində Şəki Şəhər Şahmat Məktəbinin nümayəndəsi İslam Hacəliyev U14 yaş kateqoriyası üzrə 8 xal toplayaraq 1-ci yeri tutub.
- 1 yanvar 2022-ci il tarixdən etibarən Rəna Abbasova Nyu-York (ABŞ) Şəhər Meriyası Beynəlxalq Əlaqələr İdarəsində protokol şöbəsinin müdiri vəzifəsində işləməyə başlayıb. O, 2016–2021-cı illərdə Bruklin (Nyu-York, ABŞ) bələdiyyəsi başçısının müşaviri olmuşdur.