Rasim Abbaszadə

Nurgun (Müzakirə | töhfələr) (Yaşının dəyişməsi) tərəfindən edilmiş 11:17, 8 avqust 2023 tarixli dəyişiklik

Rasim Abbaszadə — Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin (Şəki) 9-cu sinif şagirdi, Sinqapur və Asiya Məktəblilərinin Riyaziyyat Olimpiyadasının gümüş medalçısı (2022).

Rasim Abbaszadə
Abbaszadə Rasim Yusif oğlu
ing. Rasim Abaszade
Rasim Abbaszadə
Rasim Abbaszadə.
Anadan olub 06 Sentyabr 2008 (15 yaş)
Anadan olduğu yer Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Ümumi orta məktəb təhsili. 9cu sinif.
facebook səhifəsi

Haqqında məlumatlar

6 sentyabr 2008-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

2014 – 2019-ci illərdə Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 saylı tam orta məktəbində təhsil alıb.

2019-cu ildə Şəkidəki Kimya-Biologiya Təmayüllü Respublika Liseyinə qəbul olunub.

2018 – 2022-ci illərdə həm də Şəki Hazırlıq Mərkəzində paralel olaraq təhsil alıb.

2021-ci ildən Elm və Təhsil Nazirliyinin Beynəlxalq Olimpiadalarda Azərbaycanı təmsil edəcək ən qabaqcıl şagirdlərin hazırlanıb seçilməsi məqsədi ilə təşkil etdiyi özəl dərslərdə iştirak edir.

Təltif və mükafatları

  • 1-ci yer — Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 2020/2021-ci tədris ilində VI – VII sinif şagirdləri arasında keçirilən VI Fənn Müsabiqələrində biologiya fənni üzrə (2021).
  • 1-ci yer — Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 2022-ci il Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə (29.06.2022).
  • Gümüş medal — Sinqapur və Asiya Məktəblilərinin Riyaziyyat Olimpiadası (2022).
  • 1-ci yer — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il Fənn Olimpiyadalarının Respublika turunda biologiya fənni üzrə (14.07.2023).