Arzu Abdulhəmidov
Arzu Abdulhəmidov | |
---|---|
Anadan olub | 14 avqust 1956 |
Anadan olduğu yer |
SSRİ Azərbaycan SSR, Kirovabad (Gəncə) |
Atası | Əhməd Abdulhəmidov |
Anası | Solmaz Abdulhəmidova |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | mühəndis-mexanik |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1974 – 1979) |
Arzu Abdulhəmidov (Abdulhəmidov Arzu Əhməd oğlu; d. 14 avqust 1956, Kirovabad (Gəncə), Azərbaycan SSR, SSRİ) — “Şəki Sərnişin” ASC-nin sədri, 2020-ci ildə – 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə, 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin seçkiyədək namizədliyini geri götürmüşdür.
Haqqında məlumatlar
1956-cı ildə Kirovabad (Gəncə) şəhərində anadan olub. 1963 − 1973-cü illərdə Nuxa (Şəki) şəhərindəki 11 №-li orta məktəbdə oxuyub. 1974 – 1979-cu illərdə isə mühəndis-mexanik ixtisası üzrə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1980-cı ildə Şəki 2717 №-li Avtodəstədə 2-ci dərəcəli çilingər kimi əmək fəaliyyətinə başlayıb, daha sonra həmin müəssisədə müxtəlif vəzifələrdə çalışıb. 12 dekabr 1991-ci il tarixdən Şəki 2717 №-li Avtodəstənin rəisi, 1997-ci ilin əvvəllərindən isə regional (Balakən-İsmayıllı) Avtonəqliyyat İstehsalat Birliyinin baş direktoru olub. 1998-ci ildə birinci Dövlət Özəlləşmə Proqramının həyata keçirilməsi ilə əlaqədar yaranmış yeni müəssisənin – “Şəki Sərnişin” ASC-nin sədri vəzifəsinə seçilib.
Ailəlidir, iki oğlu və iki nəvəsi var.
İctimai aktivliyi
1990-cı ildə Şəki Şəhər Xalq Deputatları Sovetinə deputat, 1999 – 2014-cü illər arasında üç dəfə Şəki şəhər bələdiyyəsinə üzv seçilmişdir. Şəki şəhər bələdiyyəsinin üzvü olarkən, birinci dəfə iqtisadiyyat, ikinci və üçüncü dəfələrdə isə ekologiya komissiyasının sədri olub.
1997-ci ilin aprel ayında Avtomobil Nəqliyyatı Nazirliyinin (Azəravtonəqliyyat Dovlət konserninin) kollegiya üzvü seçilmişdir.