Süleyman xan Şəkinski
Süleyman xan Şəkinski | |
---|---|
Şəkinski Süleyman xan Səlim xan oğlu | |
Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində | |
Anadan olub | 1803 |
Şəkinski Süleyman xan Səlim xan oğlu-(1803-?), Qarabağ bəyi, çar zabiti, podpolkovnik, İbrahimxəlil xan Cavanşirin və Çələbi xan Şəkilinin nəvəsi
Haqqında məlumatlar
1827-ci ildə Rusiya İmperiyası ərazisinə keçərək rus çarının təbəəliyini qəbul edilməsini xahiş edib (Şuşada yaşayan xalası Gövhər ağa isə onu rəsmən evladlığa götürmüşdü).
1829-cu ilin əvvəllində onun müraciətinə müsbət cavab verilib və həmin ilin oktyabr ayında ona illik 600 manat maaş təyin edilib.
1838-ci ildə mayor hərbi rütbəsi ilə Varşavadakı Zaqafqaziya müsəlman polkunda polk komandirinin köməkçisi idi.
1838-ci ilin iyul ayında əla çalışqan hərbi xidmətinə görə illik 2 min manat təqaüd təyin edilir.
1841-ci ildə Kaspi quberniyasından Sankt-Peterburqa – rus çarı I Nikolayın yanına göndərilmiş iki deputatdan biri olub. Bu görüşdə hərbi rütbəsi podpolkonikə qaldırılmış və qiymətli hədiyyələr almışdır.
1844-cü ildə hərbi xidmətdən çıxaraq İrana gedir. Bu Rusiya hakimiyyət dairələrində qısqanclıqla qarşılanır. Ruslar onu Təbrizdəki rus konsulluğuna çağırıb həbs edirlər, əvvəlcə Tiflisə aparərlar, oradan isə Voronejə sürgün edirlər.
1849-cu ildə bütün əvvəlki imtiyazları, təqaüdləri bərpa olunur, Varşavadakı müsəlman polkunda hərbi xidmətini davam etdirməyə başlayır[1].
1861-ci ilə aid sənəddə adı vəfat etmiş şəxs kimi çəkilir[2].
Ailəsi
Süleyman xan Hürcahan bəyim Yusif xan qızı Şəmsəddinli ilə ailə qurmuşdu. Həsən ağa adlı oğlu, Sara bəyim və Tuti bəyim adlı qızları vardı.
İstinadlar
- ↑ "О ВОЗОБНОВЛЕНИИ ПРОИЗВОДСТВА ПОДПОЛКОВНИКУ СУЛЕЙМАН ХАНУ ВСЕМИЛОСТИВЕЙШЕ ПОЖАЛОВАННЫХ ЕМУ АРЕНДНЫХ ДЕНЕГ И ПЕНСИИ, А ТАК ЖЕ О ПРЕДПОЛОЖЕНИИ ПЕРЕВЕЗТИ ЕГО НА СЛУЖБУ В ВАРШАВУ В НАХОДЯЩИЕСЯ ТАМ РЕГУЛЯРНЫЕ КАВКАЗСКИЕ ВОЙСКА. Н.15 МАРТА - К.27 ИЮНЯ 1849 Г." https://rgia.su/ (русский). Российский государственный исторический архив. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- ↑ "О НАЗНАЧЕНИИ НАСЛЕДНИКАМ УМЕРШЕГО ПОДПОЛКОВНИКА СУЛЕЙМАН ХАНА ПРОИЗВОДИВШИХСЯ ЕМУ АРЕНДНЫХ ДЕНЕГ. Н.4МАРТА 1861Г.-К.21АПРЕЛЯ 1861Г." https://rgia.su/ (русский). Российский государственный исторический архив. 16 Nov 2020 tarixində arxivləşdirilib.
Ədəbiyyat
- Mətnin linki // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1884. — Т. IX. — С. 909 – 913.