Mahmud Rüstəmov
Mahmud Rüstəmov | |
---|---|
Rüstəmov Mahmud Aslan oğlu | |
Mahmud Rüstəmov. | |
Doğum tarixi | 13 iyun 1967 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Əzim Əzimazadə adına Rəssamlıq Məktəbi (1982–1986) Mirzağa əliyev adına Azərbaycan Dövlət İncəsənət Universiteti, heykəltəraşlıq fakültəsi (1986–1992) SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanaları, aspirantura (1995–1998) |
Atası | Aslan Rüstəmov |
facebook səhifəsi |
Mahmud Rüstəmov — tanınmış heykəltəraş; eyni zamanda rəngkarlıq və qrafika ilə də məşğuldur. M.Cavadzadənin qəbirüstü abidəsinin, Xocalı faciəsi abidəsinin (Goranboy), 2011-ci ildə açılışı olmuş Müslüm Maqomayevin büstünün (Rusiya, Həştərxan), 2011-ci ildə açılışı olmuş Heydər Əliyevin büstünün (Milli Aviasiya Akademiyası), 2021-ci ildə açılışı olmuş Üzeyir Hacıbəylinin heykəlinin (Şuşa) həmmüəlliflərindən biridir (atası Aslan Rüstəmov və qardaşı Teymur Rüstəmov ilə birlikdə).
Haqqında məlumatlar
13 iyun 1967-ci il tarixdə Bakıda anadan olub.
Təhsili
1982 – 1986-cı illərdə Əzim Əzimazadə adına Rəssamlıq Məktəbidə,
1986 – 1992-cı illərdə Mirzağa əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini heykəltəraşlıq fakültəsində
1995 – 1998-ci illərdə SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanalarının aspirantı olub.
Yaradıcılığı
İştirak etdiyi rəsm sərgilərinin siyahısı
1985-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda təşkil olunmuş sərgi.
1986-cı ildə Daş simpoziumu (Bakı, Azərbaycan).
1987 və 1988-ci illərdə Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunmuş sərgi.
1990-cı ildə Fransanın Avinyon şəhərində təşkil olunmuş sərgi.
1995-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş sərgi.
1996-cı ildə Bakı İncəsənət Mərkəzində təşkil olunmuş sərgi.
1997-ci ildə Azərbaycan Respublika Sarayında təşkil olunmuş sərgi.
1998-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunmuş sərgi.
1998-ci ildə “Yeddinci mərtəbə” qalereyasında təşkil olunmuş sərgi.
1999, 2000, 2001-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunmuş sərgi
2001-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda və İran mərkəzinin sərgi salonunda təşkil olunmuş sərgilər.
2002-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda təşkil olunmuş sərgi.
2007-ci ildə “5+” sərgisi və “Göyqurşağının 7 rəngi” sərgisi.
2008-ci ildə Berlində Azərbaycana həsr olunmuş sərgi,
2010-cu ildə “Mövzular” adlı sərgi.
Fərdi sərgiləri
1999-cu ildə Azərbaycanda İngiltərə konsulluğunun təşkilatçılığı ilə Franko-Alman mədəniyyət mərkəzində fərdi sərgisi keçirilib.
21 iyun – 10 iyul 2019-cu il tarixləri arasında Bakıda – Muzey Mərkəzində, “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçirilib.
Uğurları
2001-ci ildə “Qaradağ Sement” şirkətinin heykəltəraşlıq müsabiqəsində həvəsləndirici mükafata və Rəssamlar İttifaqının “2000-ci ilin Azərbaycanın ən yaxşı heykəltəraşı” adına layiq görülüb.
Ədəbiyyat
- Muzey Mərkəzində rəssam Mahmud Rüstəmovun fərdi sərgisi keçiriləcək : [arx. 30.08.2021] // APA. — 2019. — 18 iyun. — Müraciət tarixi: 30.08.2021.