Tomris İsmayılova
Tomris Həsənova | |
---|---|
Həsənova (İsmayılova) Tomris Azər qızı | |
Tomris Həsənova | |
Tomris Həsənova. | |
Doğum tarixi | 25 noyabr 1990 |
Doğum yeri | Bakı, Azərbaycan |
Atası | Azər Həsənsoy |
Vətəndaşlığı | Azərbaycan |
Tomris Həsənova — Tayçı çuan və Tayçı-fan idman növləri üzrə dünya çempioanatlarının qızıl mükafatçısı.
Haqqında məlumatlar
25 noyabr 1990-cı il tarixdə Bakıda anadan olub.
Təhsili
2008-ci ildə Bakı şəhər 60 saylı tam orta məktəbini bitirib.
2009-cu ildə Sumqayıt Dövlət Universitetinin kimya fakültəsinə daxil olub.
İdman fəaliyyəti
13 yaşdan idmanla məşğul olub.
2010-cu ilin martında Honkonqda keçirilən uşu çempionatında uşunun tayçı çuan növü üzrə dünya çempionu olub. Daha sonrakı uşu çempionatında isə tayçı-fan üzrə qızıl qazanıb və 2 dəfə beynəlxalq festivalın qalibi və mükafatçısı olub.
2015-ci ildən idmanla məşğul olmur.
Əmək fəaliyyəti
2013-cü ildə Medservis Tibb Mərkəzində əmək fəaliyyətinə başlayıb.
2017-ci ildən Qida Təhlükəsizliyi İnstitutunda əvvəl mütəxəssis, sonra sector müdürü, daha sonra şöbə müdürü vəzifəsində işləyib.
Ədəbiyyat
- Məmmədov Ş. Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu : [arx. 29 Mar 2017 - 29 Jul 2018] : [azərb.] // Azərbaycan müəllimi. — 2010. — 2 aprel. — Müraciət tarixi: 22.11.2021.
- İlqarqızı A. İkiqat dünya çempionu: Bu idman növü xanımları gözəlləşdirir : [arx. 8 Apr 2019 - 4 Mar 2021]. — 2018. — 17 oktyabr. — Müraciət tarixi: 22.11.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |