Baş Layısqı
Yaşayış məntəqəsi
Baş Layısqı
|
Baş Layısqı — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Etimologiyası
Baş Layski Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şin çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Oykonim Baş və Layski (Laskiqaya adından) komponentlərindən düzəlib, "Layski yaşayış məntəqəsinin yuxarı hissəsi" deməkdir. Layski komponenti Laysqi, Laski, Laysıqı variantında da qeydə alınmışdır[1]. 1831-ci il mənbələrində Layısqı kəndinin adı Layiqsə kimi qeyd edilmişdir. Belə ki, 1831-ci ildə kənd əhalisindən Balaşağa Əhməd oğlu, Məhəmməd Şəfi oğlu, Oruc İmamqulu oğlu, Məhəmməd Ramazan oğlu, Sofi Yüzbaşı Məhəmməd Əmin oğlu, Abbas Qasım oğlu, Kərim Cabbar oğlu, Kovxa Dərviş oğlu, Kərim Şəfi oğlu, Hümmət balaoğlan oğlu olmaqla ümumilikdə 14 nəfərim imzaları ilə təsdiqlədikləri Azərbaycan türkcəsində ərəb qrafikası ilə yazılmış sənəddə kəndin adı Layısqı deyil, Layiqsə kimi göstərilmişdir. Sənəddə yazılıb: Şəki vilayətinin Köynük mahalının Layiqsə kəndinin nüfus dəftəri. Biz bu aşağıda siyahı üzrə olan adamların xəbəri ilə doğru və dürüstlük olaraq məcmuin bu dəftərə yazdırmışıq. Hər şeyi, bu şeyi də gizli tutmamışıq. O səbəbdən adlarımızı yazdırıb möhür və barmaq basdıq. Fişəhri Rəcəb-ül mərsəb (Şərəfli Rəcəb ayı - A.R.) 1247[2][3]
Əhalisi
Kəndin əhalisinin böyük bir hissəsi Azərbaycan türküdür. Az sayda ləzgilərdə yaşayırlar. Əhali islam dininə etiqad edir. Baş Layıskı İcra nümayəndəliyinin tərkibində olan Qumux kəndinə gedən yolun üstünə Kənd məscidi yerləşir. Kəndin əhalisi 2184 nəfər təşkil edir ki, onun da 1113 nəfəri kişi, 1071 nəfəri isə qadındır. .
Təhsil və Mədəniyyət
Mədəniyyət abidələri
Baş Layısqı kəndində 7 qədimi ziyarətgah var. Bunlar Şeyx Nurullah Əfəndi Ziyarətgahı, Mütüş baba ziyarətgahı, Hacı Salah baba ziyarətgahı, Əfəndi baba ziyarətgahı, Qəsib baba ziyarətgahı, "Nişanlı qız-oğlan" ziyarətgahı, "Günahsız gənclər" ziyarətgahıdır. Bu ziyatrətgahların hər birinin öz əfsanəsi vardır. Bu ziyarətgahlardan başqa Əhməd Salman oğlunun və kəndin Yusiflilər ailəsinin maliyyə dəstəyi ilə Böyük Vətən müharibəsi iştirak edən və həlak olan kənd sakinlərinin şərəfinə ucaldılmış möhtəşəm abidə və Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olan şəxslər üçün salınmış "Şəhidlər Xiyabanı" var.[4]
İstinadlar
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ AR Dövlət Tarix Arxivi, fond-24, siyahı-1, saxlama vahidi-365, vərəq-366
- ↑ Asif Rüstəmli - Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında
- ↑ Anl.Az - Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında