Elvin Məmmədov
Elvin Məmmədov | |
---|---|
Məmmədov Elvin Əlış oğlu rus.: Мамедов Эльвин Алиш оглы | |
Elvin Məmmədov. | |
Anadan olub | 1986 |
Anadan olduğu yer | Moxsoqollox qəsəbəsi, Yakutiya MSSR, RSFSR, SSRİ (indiki Saxa Respublikası, RF) |
Vəfat edib | 3 mart 2022 (36 yaşında) |
Vəfat etdiyi yer | Moskva |
Atası | Əliş Məmmədov |
Təhsili | Rusiya Federasiyası Rəhbərliyi yanında Maliyyə Akademiyası, iqtisadçı mütəxəssis ixtisası (–2008) |
Elvin Məmmədov (1995–2022) — “Lipetsksement” zavodunun (Rusiya Federasiyası) baş direktoru.
Haqqında məlumatlar
1986-cı ildə Yakutiya MSSR-in (RSFSR, SSRİ) Moxsoqollox qəsəbəsində (hal-hazırda Rusiya Federasiyasının Saxa Respublikası) anadan olub.
Təhsili
2008-ci ildə Rusiya Federasiyası Rəhbərliyi yanında Maliyyə Akademiyasını iqtisadçı mütəxəssis ixtisası üzrə bitirib.
Əmək fəaliyyəti
2020-ci ildən “Lipetsksement” zavodunun baş direktoru idi.
Vəfatı
3 aprel 2022-ci il tarixdə Moskvadan Lipetskiyə getmək üçün vağzalda qatar gözləyərkən qəflətən ürək tutmasından vəfat edib. Mediada onun Şəkidə dəfn ediləcəyi ilə bağlı məlumat yayılıb.
Ailəsi
Atası Əliş Məmmədov 10 fevral 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oravan (indiki Oraban) kəndində anadan olmuşdur. Rusiya Federasiyasının Saxa Respublikasının əməkdar inşaatçısı, Saxa Respublikasının fəxri vətəndaşıdır və Saxa Respublikasında fəaliyyət göstərən “Yakutsementin” ASC-nin baş direktorudur.
Ədəbiyyat
- В Липецке скончался 36-летний директор цемзавода Эльвин Мамедов : [arx. 07.04.2022] : [rus.] // SakhaDay. — 2022. — 5 апреля. — Müraciət tarixi: 07.04.2022.
- Rusiyada azərbaycanlı zavod direktoru 37 yaşında vəfat edib : [arx. 06.04.2022] // Report. — 2022. — 6 aprel. — Müraciət tarixi: 06.04.2022.
- Новости компании > : Новости компании > : [arx. 06.04.2022] : [rus.] // ЕВРОЦЕМЕНТ груп. — 2021. — 23 декабря. — Müraciət tarixi: 06.04.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |