Rena Çiftçi
Rena Çiftçi | |
---|---|
az.: Rəna Şakir qızı Mustafayeva | |
Rena Çiftçi | |
Doğum tarixi | 6 fevral 1975 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan→ Türkiyə |
İş yeri | Egey Universiteti (İzmir, Türkiyə), Dəqiq elmlər Fakültəsi, Fizika bölməsi, Nüvə fizikası kafedrası. |
Elmi dərəcəsi | fizika elmləri doktoru (2006) |
Elmi adı | dosent |
Təhsili | Ankara Universitetinin dəqiq elmlər fakültəsi, fizika bölməsi – bakalavr (1993-1997), Ankara Universiteti Dəqiq Elmlər İnstitutu, fizika kafedrası – magistratura (1997 – 2000); doktorantura (2001 – 2006). |
Rena Çiftçi (az.: Rəna Şakir qızı Mustafayeva; d. 6 fevral 1975-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı Türkiyə alimi, fizika elmləri doktoru, dosent, Egey Universiteti (İzmir, Türkiyə), dəqiq elmlər fakültəsi, fizika bölməsi, nüvə fizikası kafedrasının müdiri.
Haqqında məlumatlar
1975-ci ildə Şəki şəhərində anadan olub.
Türkiyənin və dünyanın sayılan nüvə fiziklərindən hesab olunur. Azərbaycan və türk dilləri ilə yanaşı rus və ingilis dillərini də mükəmməl bilir.
Təhsili
1982 – 1992-cı illərdə Şəki şəhərindəki 2 saylı məktəbdə oxuyub.
1993 – 1997-ci illərdə Ankara Universitetinin dəqiq elmlər fakültəsinin fizika bölməsində bakalavr,
1997 – 2000-ci illərdə Ankara Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında magistir,
2001 – 2006-cı illərdə Qazi Universiteti Dəqiq Elmlər İnstitutunun fizika kafedrasında doktorant təhsili alıb.
Ailəsi
- Atası: Şakir Abdulkərim oğlu Mustafayev, elektrik montyoru idi.
- Anası: Zinaida Vladimirovna Mustafayeva.
- Həyat yoldaşı: Abbas Kenan Çi̇ftçi̇, fizika elmləri doktoru, 2017-ci ildən İzmir İqtisadiyyat Universiteti Dəqiq Elmlər İnstitutunun direktoru və Fizika bölməsinin rəhbəri. Daha əvvəl Ankara Universitetinin professoru olub.