Əbdülhəmid Həmidov
Əbdülhəmid Həmidov | |
---|---|
Həmidov Əbdülhəmid Məcid oğlu | |
Anadan olub | 1906 |
Anadan olduğu yer | Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat edib | 1980 | (73 yaşında)
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Təhsili | Nuxa İkiillik Müəllimlər İnstitutu (–1948) |
Mükafatları |
Əbdülhəmid Həmidov (1906 – 1980) — Azərbaycan sovet partiya və dövlət məmuru və jurnalist. Nuxa şəhər XDS icraiyyə komitəsinin sədri, “Nuxa fəhləsi” qəzetinin redaktoru və s. vəzifələrdə çalışıb.
Haqqında məlumatlar
1906-cı ildə Nuxada, fəhlə ailəsində anadan olub.
Təhsili
1948-ci ildə Nuxa İkiillik Müəllimlər İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1919 – 1923-cü illərdə Nuxadakı ipək fabriklərində fəhlə işləyib.
1927 – 1929-cu illərdə qəza komsomol komitəsinin təbliğat-təşviqat və təşkilat şöbələrinin müdiri vəzifəsində çalışıb.
Daha sonralar, Nuxa şəhər partiya komitəsində təlimatçı, Nuxa şəhər radio verilişlərinin müvəkkili, Nuxa şəhər XDS icraiyyə komitəsinin sədri və sədr müavini, Nuxa şəhər partiya komitəsində təşkilat şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb. O cümlədən müxtəlif illərdə “Gənc işçi” qəzetinin şöbə müdiri, “Nuxa fəhləsi” qəzetinin redaktoru, redaktor müavini, şöbə müdiri vəzifələrində çalışıb.
Təltif və mükafatları
- “Qırmızı Əmək Bayrağı” ordeni (SSRİ);
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı;
- Lenin yubiley medalı (1970);
İctimai-siyasi fəaliyyəti
1923-cü ildə komsomol sıralarına daxil olub.
1927-ci ildən kommunist partiyasının üzvü olub.
Ədəbiyyat
- Ə.M.Həmidov (nekroloq) (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —10 yanvar c. — № 1 – 2 (1362). — Səh. 4.
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- 1906-cı ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1980-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)