İradə Quliyeva
İradə Quliyeva (Quluyeva İradə Gülməmməd qızı; d. 25 dekabr 1958-ci ildə, Bideyiz, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Şəki Regional Şöbəsinin sədri və şöbənin Tədris İstehsalat Mərkəzinin direktoru.
İradə Quliyeva | |
---|---|
Quluyeva İradə Gülməmməd qızı | |
İradə Quliyeva | |
İradə Quliyeva | |
Təxəllüsü | İradə Gülfir |
Doğum tarixi | 25 dekabr 1958 |
Doğum yeri | Bideyiz, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Yaradıcılığı
“Zülmətdə çırpınan ürək”, “Nəğmə pıçıldayır dodağım mənim”, “Nənəmin əfsanəvi nağılları”, “Qəlb işığında”, “Könül dünyam”, “İşığa gedən yollar” və s. 11 şeir və rübailər kitabının, çoxlu sayda şeirlərin, 45 poemanın müəllifidir. 22 şeirinə mahnı yazılıb. Vətənpərvər şeirlərinə görə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov diplomçusudur. Əlillərin Ümumrespublika festivallarının (1998, 2001, 2004, 2007, 2010, 2013-cü illər) qalibi olub, şeir naminasiyası üzrə müsabiqənin laureatı - 1-ci dərəcəli diplomçudur.
Evlidir, bir qızı, üç nəvəsi var.
İstifadə edilmiş mənbələr
- "İradə GÜLFİR (1958): "Gülfir deyir zirvələrə yetəcəm, Bu yoxuşun sonunacan gedəcəm..."". zim.az (azərb.). DECEMBER 9, 2019 tarixində arxivləşdirilib.