Mustafa ağa Şəkixanov
Mustafa ağa Şəkixanov – Şəki xanları nəslinin davamçısı; “Şəki tarixi” adlı bir tarix əsərini və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır. “Şuxi” təxəllüsü ilə şeirlər də yazırdı. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında 2011-ci ildə “Divan”ı çap olunub.
Mustafa ağa Şəkixanov | |
---|---|
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu | |
Mustafa ağa Şəkixanov | |
Mustafa ağa Şəkixanov | |
Təxəllüsü | Şuxi |
Doğum tarixi | 1831 |
Vəfatı | 5 noyabr 1895 (64 yaşında) |
Vəfat yeri | Qaraqosı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Dəfn yeri | Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Atası | Kərim ağa Şəkixanov |
Həyatı
1831-ci ildə Nuxada anadan olub[1].
1853 – 1857-ci illərdə Nuxada kanvoy[2] vəzifəsində çalışıb.
1857 – 1861-ci illərdə Sankt-Peterburqa girov aparılıb. Orada hərbi təhsil alıb və karnet[3] hərbi rütbəsinə yiyələnib.
1861-ci ildə girovluqdan azad edilib və Nuxaya qayıdıb.
1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakimin köməkçisi vəzifəsində işləyib.
1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı kəndində yaşayıb[4].
5 noyabr 1995-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur.
Tarixçi kimi fəaliyyəti
Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən cəmi bir neçə cümləlik kiçik bir hissə 1902-ci ildə çap olunub; əsərin özü isə itmiş hesab olunur[1].
Atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını yazıb[5].
Ədəbi yaradıcılığı
“Şuxi” təxəllüsü ilə şeirlər yazıb.
2011-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında “Divan”ı çap olunub.
İstinadlar və qeydlər
- ↑ 1,0 1,1 Məmmədov A.S., 2009, p. 4.
- ↑ Rusiya İmperiyasında məhbusları qoruyan və müşayiət edən hərbiçi.
- ↑ Süvari qoşunda bölük (rota) bayrağını aparan kiçik zabit.
- ↑ Tahirzadə Ə.Ş., 2005, p. 10.
- ↑ Tahirzadə Ə.Ş., 2005, p. 88 –93.
Həmçinin bax
Ədəbiyyat
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.