Tofiq Ağahüseynov
Tofiq Ağahüseynov — sovet və Azərbaycan hərbi komandiri, dövlət xadimi, general-polkovnik. SSRİ-də general-polkovnik rütbəsinə malik olmuş yeganə azərbaycanlı.
Tofiq Ağahüseynov | |
---|---|
Ağahüseynov Tofiq Yaqub oğlu | |
Tofiq Ağahüseynov. | |
Doğum tarixi | 1 fevral 1923 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
Bakı Zenit Artilleriya Məktəbi (1941 – 1943) Dzerjinski adına Hərbi Akademiyaya (1949 – ) Hərbi Artilleriya Akademiyası |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1941 – 1987, 1997 – 2002 |
Rütbə | |
Komandanlıq edib |
zenit-raket polku, HHM 10-cu diviziya, HHM 12-ci korpus, HHM Zaqafqaziya hərbi dairəsi |
Döyüşlər | Böyük Vətən müharibəsi |
Təltifləri |
Haqqında məlumatlar
1 fevral 1923-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. 1930-cu ildə – yeddi yaşında, ailəsi Bakıya köçüb.
Təhsili
1941 – 1943-cü illərdə Bakı Zenit Artilleriya Məktəbində təhsil alıb.
1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, daha sonra isə Hərbi Artilleriya Akademiyasına daxil olub.
Hərbi xidmətdə
Böyük Vətən müharibəsində (1941 – 1945) Birinci Belarusiya cəbhəsində vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olmuş, Visla-Oder və Berlin əməliyyatlarında iştirak etmişdir.
Vəzifələri və rütbələri
Rütbələri
- Leytenant (1942);
- Mayor (1954);
- Podpolkovnik (1956);
- Polkovnik (1960);
- General-mayor (1968);
- General-leytenant (1972);
- General-polkovnik (6 may 1980).
Ədəbyyat
- Məmmədov Ə., Xalıqov F. Ağahüseynov Tofiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 29 – 30. — 1.000 nüsx.