Larisa Məmmədova
Larisa Məmmədova (1977–1991) — 20 yanvar faciəsində (1990) şəhid olmuş məktəbli qız.
Larisa Məmmədova | |
---|---|
Məmmədova Larisa Fərman qızı | |
Anadan olub | 11 avqust 1977 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat edib | 20 yanvar 1990 (12 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | güllə yarasından şəhid olub |
Dəfn yeri | Şəhidlər xiyabanı, Bakı |
Atası | Fərman Məmmədov |
Anası | Qalina Məmmədova |
Vətəndaşlıq | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | 134 nömrəli orta məktəb, 7-ci sinif |
Haqqında məlumatlar
11 avqust 1977-ci il tarixdə Bakıda anadan olub.
20 yanvar 1990-cı il ərəfəsində Bakıdakı 134 nömrəli orta məktəbin 7-ci sinfində oxuyurdu. Həmçinin musiqi təhsili də alırdı və tikmə-toxuma sənətini də öyrənirdi.
Şəhid olması
1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda atası ilə atasının iş yerindən axırıncı avtobusla evlərinə qayıdırarkən “Gənclik” metrosunun yaxınlığındakı dayanacaqda adamlar avtobusa doluşaraq sürücüdən tələb ediblər ki, avtobusu Leytenant Şmidt adına Bakı Maşınqayırma Zavoduna tərəf sürsün. Avtobus Bədən Tərbiyəsi İnstitutunun yanından ötüb Leytenant Şmidt adına Bakı Maşınqayırma Zavoduna yaxınlaşarkən atəşə tutulub. Bu zaman Larisa Məmmədova – 12 yaşında, güllə yarasından şəhid olub, atası isə yaralanıb.
Ailəsi
Atası Fərman Məmmədov Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Orada orta təhsil aldıqdan sonra təhsilini Ukraynanın Donetsk şəhərindəki milis məktəbində davam etdirib, həmçinin qiyabi yolla politexnik institutunu da bitirib. Bir neçə il Donetsk, Perm şəhərlərindəki milis məktəblərində idman müəllimi işləyib, sonra sahə müvəkkili, həbsxana rəisi vəzifələrində çalışıb. Ukraynada Qalina adlı ukraynalı qızla evləndikdən bir müddət sonra isə ailəsi ilə birlikdə Bakıya köçüb və Bakıdakı 2 nömrəli avtobus parkında mexanik işləməyə başlayıb. Bakıda onun Larisadan başqa Nərminə adlı daha bir qızı və Emil adlı oğlu da anadan olmuşdur.
Xatirəsi
Bakı şəhərində bir küçəyə adı verilib. Bəxtiyar Vahabzadə Larisa haqqında “On üç yaşlı körpə bala” adlı aşağıdakı şeirini yazıb:
On üç yaşlı körpə bala, — "On üç yaşlı körpə bala", Bəxtiyar Vahabzadə
|
Ədəbiyyat
- Mete Ə. Şəkilidir: Yaralı ata, şəhid qız // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 450-53. — 500 nüsx.
- Mete Ə. Çiçəklər mənim kimi solmasın // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 453–461. — 500 nüsx.