Siyavuş Azakov

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:59, 11 oktyabr 2023 tarixli dəyişiklik
..

Siyavuş Azakov — fizika-riyaziyyat elmləri doktoru, Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi kafedrasının professoru.

Siyavuş Azakov
Azakov Siyavuş İsfəndiyar oğlu
Siyavuş Azakov
Siyavuş Azakov.

Haqqında məlumatlar

12 noyabr 1948-ci il tarixdə Naxçıvanda anadan olub. Atası Azakov İsfəndiyar Ağabala oğlu həmin vaxt Naxçıvanda hərbçi həkim işləyirdi. O, tibb xidməti podpolkovniki (polkovnik-leytenant) idi (25 mart 1918-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olmuşdu).

Təhsili

1966 – 1971-ci ildə Moskvada P.Lumumba adına Xalqlar Dostluğu Universitetinin fizika-riyaziyyat və təbiət elmləri fakültəsində,

1971 – 1974-cü illərdə SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunun aspiranturasında,

1989 – 1991-ci illərdə SSRİ EA V.A.Steklov adına Riyaziyyat İnstitutunun doktoranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1975 – 2008-ci illərdə Azərbaycan SSR EA/AMEA Fizika İnstitutunda,

2008-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində çalışıb.

2013-cü ildən Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi kafedrasının professorudur.

Elmi fəaliyyəti

1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Tədqiqatları fiziki sistemlərin güclü qeyri-xətti xassələri modellərinin qurulması üçün həyacanlanma nəzəriyyəsinin fərqli üsullarının işlənməsi sahəsindədir. 50-dən çox elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidmətləri var.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Azakov Siyavuş İsfəndiyar oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 604 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2010. —II  c. — Səh. 445. — ISBN 978-9952-441-05-5.
  2. Professor Siyavuş Azakov Fəxri neftçi döş nişanı və Fəxri fərmanla təltif edildi : [arx. 23.05.2023] // Bakı Ali Neft Məktəb. — Müraciət tarixi: 23.05.2023.

.