İkram İsrafil

Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:05, 27 iyun 2020 tarixli dəyişiklik

İkram İsrafilAzərbaycan Respublikası Milli Məclisinin III çağırışında 41 saylı Sumqayıt birinci seçki dairəsindən millət vəkili.

İkram İsrafil
Anadan olub 16 yanvar 1964 (1964-01-16) (60 yaş)
Anadan olduğu yer Bideyiz, Şəki rayonu, Azərbaycan SSR, SSRİ

Həyatı

İkram İsrafil 1964-cü il yanvarın 16-da Şəki rayonunun Bideyiz kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. 1984-cü ildən M.Əzizbəyov adına Kimya Sənaye İstehsalat Birliyində növbə ustası və gənclər birliyinin sədri işləmişdir. 1991-ci ildən Sumqayıt aşqarlar zavodunun, "Azadlıq" kiçik müəssisəsinin sex rəisi, "Xəzər" Səhmdar Cəmiyyətinin şöbə rəisinin müavini, 1993-cü ildən "Qalayçı" firmasının direktoru vəzifələrində çalışmışdır. 19962002-ci illərdə Sumqayıt şəhərində Mikayıl Müşfiq adına 34 nömrəli orta məktəbdə direktor müavini olmuşdur.

Müsavat Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Milli Məclisinin III çağırışında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Braziliya, Azərbaycan-Norveç, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Evlidir, 3 övladı var.

Mənbə