İbrahim Mustafayev (ipəkçilik və toxuculuq sənayesi üzrə mütəxəssis)
İbrahim Mustafayev(Mustafayev İbrahim Nurməmməd oğlu; d. 10 may 1938, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – ipək və toxuculuq sənayesi üzrə mütəxəssis; Azərbaycan SSR Yerli Sənaye nazirinin müavini (1977 – 1984), V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru (1984 – 1989), “Xalq Üçün Mallar” Dövlət Konsernin İdarə Heyəti sədrinin müavini (1984 – 1989) və s. vəzifələrdə işləyib.
İbrahim Mustafayev | |||||||
---|---|---|---|---|---|---|---|
Mustafayev İbrahim Nurməmməd oğlu | |||||||
Fayl:İbrahim Mustafayev.JPG | |||||||
İbrahim Mustafayev, 1980-cı il | |||||||
|
|||||||
|
|||||||
Doğum tarixi | 10 may 1938 | ||||||
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ | ||||||
Təhsili |
Nuxa Toxuculuq Texnikumu (1957 – 1959) Daşkənd Toxuculuq İnstitutu (1960 – 1965) |
||||||
Təltifləri |
Haqqında məlumatlar
1938-ci ildə Nuxada anadan olub.
Təhsili
1945-ci ildə Nuxadakı 10 №-li məktəbə gedib.
1957-ci ildə Nuxadakı 11 №-li məktəbi bitirib.
1957 – 1959-cu illərdə Nuxa Toxuculuq Texnikumunda, texnik-texnoloq ixtisası üzrə,
1960 – 1965-ci illərdə Daşkənd Toxuculuq İnstitutunda toxuculuq üzrə mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.
İş yerləri
1959 – 1960-cı illərdə V.İ.Lenin adına Nuxa İpək kombinatında toxucu, baramaaçan, usta köməkçisi,
1965 – 1967-ci illərdə texnoloji istehsal sahəsində usta, baş mühəndisin müavini,
1967 – 1977-ci illərdə baş mühəndis,
1977 – 1984-cü illərdə Azərbaycan SSR Yerli Sənaye Nazirliyində nazir müavini,
1984 – 1989-cu illərdə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş direktoru,
1984 – 1989-cu illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyində şöbə müdiri, “Xalq Üçün Mallar” Dövlət Konsernin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.
Mükafatları
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mustafayev İbrahim // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 296 – 297. — 600 nüsx. — ISBN 5-8066-1708-4.