Ceyran Mahmudova
Ceyran Mahmudova (Mahmudova Ceyran Emin qızı (Sabitoğlu); d. 19 iyul 1964-cü ildə, Bakı, Azərbaycan SSR, SSRİ) — musiqişünas alim, sənətşünaslıq elmləri doktoru (2013,) professor (2017), Azərbaycan Bəstəkarlar İttifaqının (1996) və ittifaqın idarə heyətinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən). Bəstəkar Emin Sabitoğlunun qızı, görkəmli Azərbaycan sovet yazıçısı, dramaturq və ssenaristi Sabit Rəhmanın nəvəsidir.
Ceyran Mahmudova | |
---|---|
Mahmudova Ceyran Emin qızı (Sabitoğlu) | |
Ceyran Mahmudova, 2019-cu il | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 iyul 1964 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Emin Sabitoğlu |
|
|
Təhsili |
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsi (1982 – 1987) Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturası (1987 – 1990) |
Üzvlüyü | Azərbaycan Bəstəkarlar İttifaqı və ittifaqın idarə heyəti |
Mükafatları |
Haqqında məlumatlar
19 iyul 1964-cü il tarixində Bakıda anadan olub.
Təhsili
1971 – 1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortopiano sinfində,
1982 – 1987-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində,
1987 – 1990-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb.
İş yerləri
1990 – 1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi,
1991 – 2017-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəl müəllim, sonra dosent, daha sonra professor,
2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində çalışıb.
30 iyul 2018-ci il tarixindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.
Elmi fəaliyyəti
1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” adlı mövzuda namizədlik,
2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” adlı mövzuda doktorluq dissertasiyası müdafiə edib.
2003-cü ildə dosent,
2017-ci ildə professor elmi adını alıb.
3 monoqrafiya, 3 dərs vəsaiti, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin, fənn proqramlarının və metodik göstərişlərin müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.
Digər
2010-cu ildən Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür.
Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin üzvüdür.
2010 – 2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” adlı verilişinin ssenari müəllifi və aparıcısı olub.
FTəltifləri
Filmoqrafiya
Ədəbiyyat
- "MAHMUDOVA CEYRAN EMİN QIZI (CEYRAN SABİTOĞLU)". musigi-dunya.az (azərb.). musigi-dunya.az. 10 May 2009 – 2 Dec 2019 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url)
- MAHMUDOVA CEYRAN EMİN QIZI (SABİTOĞLU) // Məlumat kitabçası (2013 – 2019) / Azərbaycan Bəstəkarlar İttifaqı. — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Bakı, 2019. — Səh.: 164 – 165. — 200 nüsx. — ISBN 978-9952-440-31-6.
- "REKTOR". admiu.edu.az (azərb.). admiu.edu.az. 15 Dec 2013 – 3 Mar 2020 tarixində arxivləşdirilib.
- Məmmədov Ə., Xalıqov F. Mahmudova Ceyran // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 251. — 600 nüsx. — ISBN 5-8066-1708-4.